Keçid linkləri

Təcili xəbərlər
2021, 25 Fevral, Cümə axşamı, Bakı vaxtı 00:36

Dağlıq Qarabağda daha 2 erməni əsgəri vuruldu


Foto arxiv

Ermənistan tərəfi Dağlıq Qarabağda 1 əsgərinin həlak olduğunu, birininsə ağır yaralandığını bildirir.

Separatçı Dağlıq Qarabağ rejiminin hərbi komandanlığı əsgər Geram Manukyanın fevralın 8-i, saat 11 radələrində aldığı güllə yarasından keçindiyini xəbər verir.

Manukunyan Dağlıq Qarabağın şimalındakı hərbi hissələrdən birində xidmət edirmiş.

Separatçı rejimin hərbi komandanlığı həmçinin elə həmin gün saat 12 radələrində Ağdərə istiqamətində digər əsgərinin yaralanması barədə məlumat yayıb.

Əsgər Koryun Kirakosyanın ağır güllə yarası aldığı bildirir.

Ermənistan tərəfi hər iki insidentə görə Azərbaycanı günahlandırır.

Azərbaycanın Müdafiə Nazirliyi hələ ki, məlumata münasibət bildirməyib.

Qeyd edək ki, Ermənistanın Müdafiə Nazirliyi vaxtaşırı Dağlıq Qarabağda itki verməsi barədə məlumatlar yayır.

Öz növbəsində Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı bölmələrinin sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini ümumilikdə 39 dəfə pozduğunu bildirir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Nəticədə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

2016-cı ildə, əvvəlki illərlə müqayisədə, cəbhədə atəşkəs rejimi daha çox pozulub.

Həmin il aprelin 2-dən 5-nə kimi gedən döyüşlərdə hər iki tərəf itkilər verib. Aprelin 5-də Moskvada hərbi əməliyyatların dayandırılması ilə bağlı yenidən razılıq əldə edilib. Ancaq, hələ də, tərəflər bir-birini atəşkəs rejimini pozmaqda günahlandırır.

XS
SM
MD
LG