Keçid linkləri

Təcili xəbərlər
2021, 26 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 20:01

Daha bir Ermənistan əsgəri yaralanıb


Foto arxiv

Daha bir Ermənistan əsgəri Dağlıq Qarabağda yaralanıb.

Erməni tərəfinin məlumatına görə, buna səbəb əsgər Gurgen Sargsyanın silahla səhv davranması olub.

İnsident yanvarın 16-ı saat 23:55 radələrində Dağlıq Qarabağın şərqindəki hərbi hissələrdən birində qeydə alınıb.

Faktla bağlı stintaq gedir.

Qeyd edək ki, Ermənistan tərəfi bundan 1 gün əvvəl 2 Ermənistan əsgərinin ölümü barədə məlumat yayıb.

Separatçı Dağlıq Qarabağ rejiminin məlumatına götə,

Araik Sarqsyan adlı əsgər yanvarın 16-da Dağlıq Qarabağdakı hərbi hissələrdən birində qeyri müəyyən şəraitdə ölümcül güllə yarasından həlak olub.

O, müqavilə ilə xidmət edirmiş.

İnsident yerli vaxtla 12:35 radələrində təmas xəttinin cənub-şərqində baş verib.

Faktla bağlı araşdırma aparılır.

Garik Vardanyan adlı digər əsgər isə, Ermənistan tərəfinin məlumatına görə, 2016-cı il dekabrın 30-da Dağlıq Qarabağ cəbhəsində aldığı güllə yarasından ölüb.

Məlumata görə, o yanvarın 15-də Yerevandakı mərkəzi klinik hospitalda keçinib.

XS
SM
MD
LG