Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:03

'Qarabağ' qrup mərhələsində ilk sınağa çıxır


Qarabağ FK (arxiv fotosu)
Qarabağ FK (arxiv fotosu)

Azərbaycan çempionu “Qarabağ” bu gün, sentyabrın 12-si Çempionlar Liqasının qrup mərhələsində ilk oyununa çıxacaq.

C qrupunda mübarizə aparan “Qarabağ” I turda London təmsilçisi “Çelsi” (Chelsea) ilə üz-üzə gələcək. Görüş Londonun “Stemford Bric” stadionunda baş tutacaq.

“Çelsi” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Buna da bax:​ Qurban Qurbanov püşkatmanın nəticələrini şərh etdi [video]

“Biz də hücum etməkdən çəkinməyəcəyik”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında deyib ki, “Çelsi” dünyanın ən güclü klublarından biridir və bu mövsüm Çempionlar Liqasının qalibi olmağa namizəddir:

“İlk oyunda belə rəqiblə qarşılaşmağımız fərqli bir görüntüdür. “Çelsi”nin baş məşqçisi də dünyanın ən güclü məşqçilərindəndir.

Bilirik ki, ilk dəqiqələrdən rəqib bizi müdafiə oturtmağa cəhd edəcək. Lakin biz də hücum etməkdən çəkinməyəcəyik, əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Rəqibin heyətində hər hansı bir futbolçunu fərqləndirməyim düzgün deyil. Rəqibdə ehtiyat oyunçu anlayışı yoxdur, meydana kim çıxırsa “Çelsi”ni təmsil edir. Antonio Konte çox ambisiyalı məşqçidir, inanmıram ki, hansısa oyuna məqsədsiz şəkildə çıxsın. “Çelsi”nin heyəti güclü futbolçulardan ibarətdir və rəqibdən asılı olmayaraq, onlar qələbə üçün meydana çıxacaq”.

Buna da bax:​ Şərhçi: ''Qarabağ' yeniyetmədən bığıburma kişiyə çevrilib' (Video)

“Qarabağ”ın qrupdakı digər rəqibləri Madridin “Atletiko” və Romanın eyni adlı klublarıdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG