Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 02:02

Qurban Qurbanov püşkatmanın nəticələrini şərh etdi [video]


'Qarabağ'ı hava limanında belə qarşıladılar
Gözlə

No media source currently available

0:00 0:01:51 0:00

'Qarabağ'ı hava limanında belə qarşıladılar

Q.Qurbanov: 'Əlimizdən gələni edəcəyik'

«Hər üç rəqibimiz TOP-5 ölkələrinin təmsilçisidir. Azarkeşlər və bizim üçün bu turnir bir təcrübə olacaq. Hər üç komandayla bizi maraqlı qarşılaşmalar gözləyir».

Bu açıqlamanı UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksələn «Qarabağ» klubunun baş məşqçisi Qurban Qurbanov bildirib.

Klubun rəsmi saytının yaydığı xəbərə görə, Q.Qurbanov əlavə edib ki, «Qarabağ»ın rəqibləri ən güclü çempionatların təmsilçiləridir və bu turnirdə təcrübə qazanıb əllərindən gələnin ən yaxşısını etməyə çalışacaqlar.

Avqustun 24-ü UEFA Çempionlar Liqasında püşklər atılıb. «Qarabağ» UEFA Çempionlar Liqasının C qrupunda mübarizə aparacaq. Onun rəqibləri İngiltərənin «Çelsi», İspaniyanın «Atletiko» və İtaliyanın «Roma» klublarıdır.

Ağdam təmsilçisi mübarizəyə «Çelsi» ilə oyundan başlayacaq. Q.Qurbanovun komandası rəqibi ilə sentyabrın 12-də Londonda qarşılaşacaq.

Qurban Qurbanov: 'Sadəcə emosiyalarımı saxlaya bilmədim'

«Düşünürəm ki, buraxılan qol bəlkə də bizə müsbət təsir etdi. İkinci hissədə daha toparlanmış komanda və daha diqqətli oynayan futbolçular gördüm», - «Qarabağ»ın baş məşqçisi, Azərbaycan futbol tarixində ilk dəfə komandası UEFA Çempionlar Liqasının qrupuna düşən Qurban Qurbanov AzadlıqRadiosuna müsahibəsində belə deyib.

Hava limanında çoxsaylı azarkeşlər 'Qarabağ'ı qarşılayıb

Danimarkadan UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə ilə qayıdan Azərbaycanın «Qarabağ» futbol klubunu çoxsaylı azarkeşlər qarşılayıblar.

Qurban Qurbanov
Qurban Qurbanov

Azərbaycanın dövlət və «Qarabağ»ın klub bayraqlarına bürünmüş gənclər futbolçuların təyyarədən çıxmalarına böyük coşqu göstəriblər.

Təyyarə Binə hava limanına avqustun 24-ü Bakı vaxtı ilə saat 08:50 dəqiqədə enib.

Azarkeşlər sevimli komandalarının futbolçuları ilə şəkillər çəkdiriblər.

Dino Ndlovu
Dino Ndlovu

'Qarabağ'ın rəqibləri müəyyənləşir

Bu gün, avqustun 24-də Çempionlar Liqasının qrup mərhələsinin püşkatması keçiriləcək.

Püşkatma Bakı vaxtı ilə saat 20:00-da Monako şəhərində başlayacaq.

Püşkatmada «Qarabağ»ın qrupdakı rəqibləri də bilinəcək. Ağdam təmsilçisi 4-cü səbətdə yer alıb.

Çempionlar Liqasının qrup mərhələsinin səbətləri

I səbətII səbətIII səbətIV səbət
RealBarselonaNapoliSeltik
BavariyaAtletikoTottenhemQarabağ
ÇelsiPSJBazelAPOEL
YuventusBorussiya DortmundOlimpiakosSportinq
BenfikaSevilyaAnderlextSSKA
MonakoMançester SitiRomaFeyenord
Spartak MoskvaPortoBeşiktaşMaribor
ŞaxtyorMançester YunaytedLiverpulLeypsiq

'Sabahdan transfer haqda düşünməliyik' - Qurban Qurbanov

«İlk hissədə çıxışımız pis alınmadı. Əsas diqqəti müdafiəyə ayırmışdıq. Rəqib də pressinq edirdi. Çalışırdıq ki, təzyiqdən çıxaq və əks hücum quraq. Meydan sahibi istər-istəməz daha inamlı oynayır. Futbolçularım isə hər şeyə rəğmən əzmkar və soyuqqanlı oynadılar. Düşündüyümüz kimi alındı və pis olmadı. Bu uğur ölkədə futbolun inkişafı üçün böyük bir təkan olacaq. Karyeramda belə bir məğlubiyyətə sevindiyimi xatırlamıram».

Bu sözləri «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının pley-off mərhələsinin «Kopenhagen»lə cavab oyunundan (1:2) sonra «İdman Azərbaycan» kanalına açıqlamasında deyib.

Q.Qurbanov yeni transferlərin gözlənildiyini qeyd edib:

«Transfer mütləq etmək istəyirik. Ən azı 1-2 oyunçu gətirmək istəyirik. Artıq sabahdan bu haqda düşünməyə başlamalıyıq».

Ağdam klubu Danimarka təmsilçisinə 1:2 hesablı məğlub olmasına baxmayaraq, iki oyunun nəticəsinə görə qrupa yüksəlib.

Azarkeşlər "Qarabağ" futbolçularını qarşılamağa gəliblər
Gözlə

No media source currently available

0:00 0:01:00 0:00

Azarkeşlər 'Qarabağ'ı hava limanında gözləyirlər

Azərbaycanın «Qarabağ» futbol klubunun UEFA Çempionlar Liqasının pley-off mərhələsində «Kopenhagen» klubu ilə iki oyunun nəticəsinə görə növbəti mərhələyə keçməsi klubun azarkeşlərini hədsiz sevindirib.

Onlardan bir çoxu ölkə futbolunun tarixinə parlaq nəticə yazmış futbolçuları qarşılamaq üçün hava limanına toplaşıblar.

Azərbaycan Peşəkar Futbol Federasiyasının rəhbəri Ramin Musayev hava limanında mətbuat nümayəndələri ilə danışıb.

Ramin Musayev jurnalistlərlə danışıb
Gözlə

No media source currently available

0:00 0:00:56 0:00

***

Avqustun 23-ü UEFA Çempionlar Liqasının pley-off mərhələsində Danimarkanın «Kopenhagen» və Azərbaycanın «Qarabağ» klubu qarşılaşırdılar.

Bu oyun 2-1 hesabı ilə danimarkalıların xeyrinə qurtarsa da, iki oyunun nəticəsinə görə Azərbaycan futbolçuları növbəti mərhələyə keçiblər.

Qeyd edək ki, «Qarabağ» Bakıda keçirilən ilk oyunda1:0 hesabı ilə qalib gəlmişdi.

Kopenhagendə keçirilən matçda danimarkalılardan Santander (45-ci dəqiqə) və Pavlović (66) fərqləniblər, lakin 63-cü dəqiqədə Ndlovu-nun vurduğu qol qarşıdurmanın taleyini həll edib.

'Qarabağ'ın azarkeşləri Azadlıq meydanından yürüşlə keçir
Gözlə

No media source currently available

0:00 0:02:16 0:00

Beləliklə, «Qarabağ» Azərbaycan futbolunun tarixində Çempionlar Liqasının qrup mərhələsinə çıxan ilk klub olub.

Oyundan sonra «Qarabağ»ın azarkeşləri Bakı küçələrinə axışıblar. Onlar piyada və maşınlarla Azadlıq meydanından yürüşlə keçiblər. Rəqs ediblər. Azərbaycan himnini ifa ediblər.

Azarkeşlər 'Qarabağ'ın uğurunu bayram edirlər [Video]
Gözlə

No media source currently available

0:00 0:01:48 0:00

Günün bütün mövzuları

XS
SM
MD
LG