Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:21

'Sülh şəraitində ermənilərin Azərbaycanda yaşamasına heç bir maneə yoxdur'


Dağlıq Qarabağ ərazisində erməni əsgərləri 5Apr2016
Dağlıq Qarabağ ərazisində erməni əsgərləri 5Apr2016

“Dağlıq Qarabağ münaqişəsi dövlətlərin beynəlxalq aləmdə tanınmış sərhədləri çərçivəsində həll edilməlidir. 2016-cı ilin aprelində baş verən hadisələr müharibənin bərpası riskinin böyük olduğunu göstərdi”.

Noyabrın 8-i Bakıda “Dağlıq Qarabağ münaqişəsi: nizamlanmanın əsas maneələri və perspektivləri: Ermənistandan və Azərbaycandan baxış” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarının qəbul etdiyi müraciətdə belə deyilir. Müraciət Azərbaycan və Ermənistan prezidentlərinə, xalqlarına ünvanlanıb.

“Ermənistan və Azərbaycan xalqları bu gərginlikdən yorulub. Biz artıq, kənardan kiminsə gəlib bizə kömək edəcəyini düşünməyə son qoymalıyıq. Münaqişənin sülh yolu ilə həlli, Azərbaycanda və Ermənistanda iqtisadi inkişafa şərait yaradacaq. Bu da xalqlar arasında sülhün möhkəmlənməsinə təkan verəcək. Ermənistan işğal etdiyi əraziləri tərk etməlidir, qaçqın və məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmalıdır”, deyə sənəddə qeyd edilir.

Buna da bax:​ V.Martirosian: 'Müharibə Ermənistanda 500 nəfərə lazımdır'

Azərbaycanda 30 min erməninin sərbəst yaşaması...

Sənəddə vurğulanır ki, Azərbaycanda 30 min erməni sərbəst yaşayır.

“Bu göstərir ki, sülh şəraitində ermənilərin Azərbaycanda yaşaması üçün heç bir maneə yoxdur. Ermənilərin və azərbaycanlıların birgə yaşamasının mümkün olmadığı haqqında fikir qəbul edilməməlidir”.

Dağlıq Qarabağa ən yüksək muxtariyyət verilməsi...

Müraciətdə vurğulanır ki, münaqişənin həllində Dağlıq Qarabağa Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ən yüksək muxtariyyət verilməsi ideyası nəzərə alınmalıdır. Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının dialoquna üstünlük verilməlidir.

Buna da bax: İlham Əliyev: 'Ermənistan qulaq asmaq istəmir'

“Bunun üçün BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilməlidir. Helsinki Yekun Aktını diqqətə alaraq, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün hər şey edilməlidir”, sənəddə bildirilir.

Konfransın işində Ermənistandan olan dissidentlər də iştirak ediblər.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk qrupunda həmsədr ölkələrdir.

Buna da bax:​ «Bu, Ermənistanın növbəti təxribatıdır»

1993-cü ildə BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal edilən rayonlarının qeyd və şərtsiz azad edilməsi ilə bağlı 4 qətnamə qəbul edib. Ancaq qətnamələr yerinə yetirilmir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG