Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 20:02

«Bu, Ermənistanın növbəti təxribatıdır»


Novruz Məmmədov
Novruz Məmmədov

«Bu, Ermənistan rəhbərliyinin növbəti təxribatıdır».

Prezidenti Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov Ermənistan parlamentinin iki üzvinin hökuməti Dağlıq Qarabağdakı separatçı rejimin müstəqilliyini tanımağa çağırmasını belə dəyərləndirib.

AZƏRTAC -ın xəbərinə görə, N. Məmmədov deyib ki, görünür, bu aprelin əvvəllərində həyata keçirilən təxribatın davamıdır: «Onlara cavab veriləcəyini bilirdilər. Əsas məqsədləri də bunu bəhanə edərək danışıqlar prosesini pozmaq, status-kvonu saxlamaqdır. Ermənistan tərəfi bir daha sübut edir ki, onlar üçün beynəlxalq hüquq, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri, eləcə də danışıqlar prosesi heç bir əhəmiyyət daşımır. Düşünürəm ki, həmsədrlər bu məsələyə mütləq münasibət bildirməlidirlər».

BMT Təhlükəsizlik Şurası hələ 1993-cü ildə işğal edilən rayonların qeyd və şərtsiz boşaldılması ilə bağlı 4 qətnamə qəbul edib. Ancaq bu qətnamələr yerinə yetirilməyib.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ilin fevralında alovlanıb.

Erməni silahlı qüvvələri ötən əsrin 90-cı illərin əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ vilayəti və onun ətrafında 7 rayonu işğal edib. 1994-cü ildə atəşkəs haqda saziş imzalanıb və sülh danışıqları başlayıb. Ancaq, hələlik, tərəflər arasında yekun sülhün şərtlərini razılaşdırmaq mümkün olmayıb.

Danışıqlara ATƏT-in Minsk Qrupunun həmsədrləri vasitəçilik edir. Bu qrupa ABŞ, Fransa və Rusiya daxildir.

XS
SM
MD
LG