Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:16

Sahibkar: 'Azərbaycan da Gürcüstan modelinə keçməlidir' [video]


Qara mühasibatlıq vətəndaşı nədən məhrum edir?
Gözlə

No media source currently available

0:00 0:14:48 0:00

Qara mühasibatlıq vətəndaşı nədən məhrum edir? [A-Live]

“Paket maaş”, “qara mühasibatlıq”, “gizli iqtisadiyyat” – indi bu haqda həm rəsmilər, həm ekspertlər, həm də elə sahibkarların özü danışır. Problemin həllinin zəruriliyini vurğulayırlar.

Baş nazirin müavini Əli Əhmədovun sözlərinə görə, dövriyyənin gizlədilməsi, daha az gəlir vergisi və sosial ödənişlər etməkdən ötrü bəzi sahibkarlar “qara mühasibat”a əl atırlar. Yəni, gəliri azaldır, işçiyə verdiyi maaşı daha aşağı rəsmiləşdirir və s. Əli Əhmədov iyunun 20-də Sumqayıtda sahibkarlarla keçirdiyi görüşdə işəgötürənlərə xəbərdarlıq edib. O vurğulayıb ki, “qara mühasibatlıq” ucbatından nəinki vergidən yayınınılır, həm də işçinin gələcəkdə pensiya almaq hüququ pozulur:

Buna da bax:​ Azərbaycanda 'Qara mühasibat'a aparan yol [media icmalı]

“Sizin onlara ödəməli olduğunuz amma ödəmədiyiniz vergilər və sosial ödənişlərə görə vətəndaş gələcəkdə pensiya almaq hüququndan məhrum olacaqlar. Bu qədər yükü dövlətin üzərinə qoymaq mümkün deyil. Dövlət bu qədər yükün altından çıxa bilməz. Ona görə də bu problemi həll etmək üçün əmək münasibətlərinin tənzimlənməsinə diqqət yetirməliyik. Bununla da vətəndaşların hüquqları, eləcə də pensiya almaq hüquqlarının pozulmasının qarşısı alınmış olacaq”.

Nazim Baydəmirli
Nazim Baydəmirli

Hazırda sahibkar kimi çalışan iqtisadçı ekspert Nazim Bəydəmirlinin fikrincə, qara mühasibat olmasaydı vətəndaşlar 300 manat təqaüd ala bilərdi. O, vurğulayır ki, “qara mühasibatlıq”la mübarizəyə rəsmilər ilk növbədə dövlət müəssisələrinin özündən başlamalıdırlar:

Buna da bax: 'Azərbaycanda sistemin özü `paket' üzərində qurulub'

“Dövlət büdcəsindən maliyyələşən, hətta nazirliklərdə belə “paket maaş”lar ləğv edilməlidir. Yəni, hər şey özəl sektora yüklənməməlidir. Əslində ikili mühasibatlığı yaradan dövlətin öz strukturlarıdır. Biz dəfələrlə təklif edirik ki, bu əməkhaqqından tutulan gəlir vergisi və sosial ödənişlər azaldılmalıdır. Necə ki, Gürcüstan belə islahatlara gedib. Bu, ikili mühasibatlığı öz-özünə aradan qaldıracaq”.

Azərbaycanda işləyənlərin əməkhaqqından 14 faiz gəlir vergisi, 25 faiz isə sosial müdafiə haqqı tutulur. Nazim Bəydəmirli hesab edir ki, Azərbaycan da Gürcüstan modelinə keçməlidir. Gürcüstan hökuməti gəlir vergisini və sosial ödəmələri birləşdirib və 20 faizlik sosial verginin tətbiqinə başlayıb.

Buna da bax:​ Vergiyığanlara "paket maaş" əvəzinə "maaşa əlavə"

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov da düşünür ki, “qara mühasibat”a yol açan səbəblərdən biri Azərbaycanda vergi yükünün ağırlığıdır. O bunu 2014-cü ildə keçirdikləri araşdırmanın da bir daha üzə çıxardığını vurğulayır:

Azerbaijan -- economist Rashad Hasanov - 2013
Azerbaijan -- economist Rashad Hasanov - 2013

“2016-cı ildə “Vergi Məcəlləsi”nə 200-dən çox dəyişiklik edildi. Amma buna baxmayaraq Azərbaycanda hələ də vergi yükü, oxşar iqtisadi modelləri olan - Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Sinqapur, Qazaxıstan, Gürcüstan kimi ölkələrlə müqayisədə qat-qat artıqdır”.

Rəşad Həsənov düşünür ki, “qara mühasibat”la mübarizə üçün ilk növbədə hökumət öz siyasətində səmimi olmalıdır, rüşvət aradan qaldırılmalı, ağır şərtlər sadələşməli, vergi yükü azaldılmalıdır. Onun fikrincə, əks halda mövcud mühit sahibkarı “ikili mühasibatlığa” sövq edəcək, ziyanı da vətəndaş çəkəcək.

Buna da bax:​ Baş nazirin müavini 'qara mühasibat'dan danışdı

Bəs, vətəndaş əmək müqaviləsi olmadan və ya aldığı maaş daha az rəsmiləşdirilmiş olsa ona dəyəcək ziyandan xəbərdardırmı? Bunu öyrənmək üçün Bakıda sorğu keçirmiş. Respondentlərdən soruşmuşuq ki, sizcə, əmək müqaviləsi olmadan işə düzəlməyin ziyanı nədir?

Əmək müqaviləsi olmadan işləməyin axırı - [Cavablar]
Gözlə

No media source currently available

0:00 0:00:55 0:00

Baş nazirin müavini Əli Əhmədov bildirib ki, "qara mühasibatlıq” hökuməti ciddi narahat edir. O yada salıb ki, 2016-cı ildə Dövlət Sosial Müdafiə Fonduna 1 milyard 921 milyon manat vəsait daxil olub. İqtisadçı ekspert Nazim Bəydəmirli isə düşünür ki, qara mühasibat olmasaydı bu vəsait 2 dəfə daha çox olardı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG