Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:37

'Azərbaycan Türkmənistana yaxınlaşır'


Natiq Cəfərli
Natiq Cəfərli

İqtisadçı Natiq Cəfərli hüquq-mühafizə orqanlarının «qara bazar»la mübarizəsini dəyərləndirib.

N.Cəfərli yazır ki, Azərbaycan sürətlə Türkmənistana yaxınlaşır:
«Xəzərin o tayında 2016-cı ilin yanvarın 1-dən valyutadəyişmə məntəqələri bağlandı. Valyuta satışı, faktiki olaraq, qadağan edildi. Nəticədə rəsmi məzənnə ilə 1 dollar 3.5 manat olduğu halda, «qara bazar»da 1 dollar indi 8 manatdır. Bütün sərt qadağalara, aparılan əməliyyatlara baxmayaraq, «qara bazar» fəaliyyət göstərir. Çünki dünyada iki şeyin - pulun və ideyanın qarşısını almaq mümkün deyil. SSRİ belə bunu bacarmadı».

«QALSTUKLU MÜƏLLİMLƏR»

İqtisadçı vurğulayır ki, Azərbaycanda hər gün hüquq-mühafizə orqanlarının əməliyyat keçirib 200-300 dollar satanları tutması absurd və gülüncdür:

Buna da bax-Manatın 3 məzənnəsi

«Belə addımlar həm mal-məhsulların qiymətlərini daha sürətlə bahalaşdırır, həm də məhdud sayda olan xarici investorları ölkədən didərgin salır. Son 2-3 ayda ölkədə onlarla xarici şirkətlərin nümayəndəlikləri bağlanıb.
İqtisadiyyatı idarə edən qalstuklu müəllimlər heç öz sevimli sovet keçmişlərindən də dərs çıxartmırlar…».

XATIRLATMA

Elə dekabrın 28-i Dövlət Təhlükəsizliyi Xidməti ölkə ərazisində valyuta dövriyyəsində manipulyasiya halları və «qara bazar»la mübarizəyə dair məlumat yaymışdı.

Məlumatda deyilir ki, hər biri 10 milyonlarla ABŞ dolları məbləğində xarici valyuta alqı-satqısını həyata keçirərək, qanunsuz sahibkarlıq yolu ilə külli miqdarda gəlir əldə etmiş 3 mütəşəkkil qrupun silsilə cinayətləri açılıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG