Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:53

'Qara bazar'da dollar 1.90 manata satılır


Dollar
Dollar

Okeanın o biri üzündə qəbul edilən qərar Bakıda yenidən dollar qıtlığı yaradıb. Söhbət ABŞ Mərkəzi Bankının – Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsini artırmasından gedir. Amma Azərbaycan Mərkəzi Bankı (AMB) bu qərarın Azərbaycanın valyuta bazarına təsir etməyəcəyini deyirdi.

Bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov Facebook səhifəsində yazır. Ekspert qeyd edir ki, FED-in qərarından öncə «qara bazar»da 1 dollar 1.83 manata satılırdısa, artıq 1 ABŞ dolları üçün 1 manat 90 qəpik ödəmək lazımdır: «Bu isə o deməkdir ki, FED-in qərarından sonra «qara bazar»da milli valyutamız hər 100 dollarda 7 manat ucuzlaşıb. Bankların böyük əksəriyyəti valyuta satışını dayandırdığından, aydındır ki, onların elan etdiyi kurs real məzənnə deyil və müqayisə predmeti ola bilməz».

Buna da bax-Manat ya ucuzlaşacaq, ya da ucuzlaşacaq

V.Bayramov yazır ki, «qara bazar»ın ləğvi banklarda dollar satışının tam və fasiləsiz bərpası nəticəsində baş verməlidir: «Bu isə o deməkdir ki, FED-in qərarından sonra və xüsusən də son günlər valyuta bazarında dolların manata nisbətən bahalaşması fonunda AMB banklarda dolların satışının bərpasına nail olmalıdır. Əks halda, dollar qıtlığı manata psixoloji təzyiqi daha da gücləndirəcək».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG