Keçid linkləri

2025, 08 İyul, çərşənbə axşamı, Bakı vaxtı 11:23

'İz': Qara Aprel...Havadan ölüm qoxusu gəlir... [anons]


Stalin. SSRİ. İllüstrasiya.
Stalin. SSRİ. İllüstrasiya.

1920-ci ilin aprelin 27-si. Cümhuriyyət parlamenti “İsmailiyyə” binasında son iclasını keçirir. Salon ağzınadək doludur.

Kürsüyə çıxanların fikirləri haçalanır. Hakimiyyəti bolşeviklərə qeyd- şərtsiz vermək istəyən də var, əlacsız vermək istəyən də, müqavimət göstərməyə çağıran da, hətta bu səs- küyün, qarğaşanın içində ağlayan da...

Sonuncu parlamentin ən gənc deputatı Şəfi bəy Rüstəmbəylidir...

Ağlamağın yeridir.

Adını qırmızı qoyan XI işğal ordusu Bakının həndəvərində...

Buna da bax:​ AzadlıqRadiosu belə doğuldu (AUDİO)

Onların gəlişini gözləyən yerli bolşeviklərin gözü yollarda...(yeni hökumət qarşıdakı illərdə hamısını bir- bir güllələyəcək)

Azadlığın tamını cəmi 2 ildir dadızdıranlar təhlükə qarşısında...

Neft qoxan şəhər yeni istilaçının hədəfindədir...

Əsrin 20-ci ilidir. Tarix indi “İsmailiyyə” binasında danışanların çoxuna bütöv əsri Vətənsiz yaşamaq taleyi biçəcək.

Havadan ölüm qoxusu gəlir...

Cümhuriyyət qurucuları, hələ aydın dərk etməsə də, gələcək nəsillərə təkcə bayraq yox, həm də gələcək əsrlərə daşınacaq suallar- suallar- suallar qoyub gedəcək...

Buna da bax: Şahzadə Fərhad Mirzə Qacar: 'Bakı - Asiyada bir neft çayıdır'

- Cümhuriyyət hökuməti niyə devrildi?

- Bolşeviklər 48 saata Bakını necə ala bildilər?

- “28 Mayıs ölkəsi Azərbaycan” nə səbəbdən təkrar müstəmləkəyə çevrildi?

- Qafqaza yiyələnmək bolşeviklərə nəyə görə vacib idi?

-Qara Aprel ərəfəsində ölkədə siyasi vəziyyət necə idi?

- Cəmi 2 il əvvəl köməyə gələn Qafqaz İslam ordusu harada idi?

- Və nəhayət, XX əsrin əvvəllərində Aprel niyə Maydan sonra gəldi?

Buna da bax:​ İZ-"Böhtançıya cavab”dan tanınan məşhur(AUDİO)

Bu və bənzər sualların cavabı bu bazar- aprelin 30- da AzadlıqRadiosu-nun “İZ” proqramında bir daha cavablanacaq.

Tarixin ən qara və qanlı səhifəsinin izinə düşün.

Bu “İz”i itirməyin.

İZ: Maydan sonra gelen Aprel...
Gözlə

No media source currently available

0:00 0:29:59 0:00
Direct-ə keçid

XS
SM
MD
LG