Keçid linkləri

2017, 01 May, Bazar ertəsi, Bakı vaxtı 04:45

IZ-Anons

Qandan qaçan professor və ya “Böhtançıya cavab”dan tanınan məşhur

Bu “İZ” 1899-cu ilaprelin 17-də Gəncədə doğulan və Türkiyədə mühacirlik həyatı yaşayan tanınmış dilçi alim Əhməd Cəfəroğlunun əziz xatirəsinə həsr olunur

“Əhməd Cəfəroğlu 1974-cü ildə 50 il çalışdığı İstanbul Universitetindən əməkliyə ayrıldı. 1975-ci il yanvarın 6-da isə həyata gözlərini yumdu. Onun 75 yaşını yalnız ikinci vətəni Türkiyədə deyil, dünyanın bir sıra elm mərkəzlərində və türkoloji qurultaylarında minnətdarlıqla qeyd etdilər. Alimin ana vətənində - Azərbaycanda isə 1974-cü ilin martında tam ağlagələn bir hadisə baş verdi. Keçmiş Azərbaycan Kommunist Partiyasının iki mühüm orqanı- “Kommunist” və Bakinski raboçi” qəzetləri Əhməd Cəfəroğlu haqqında “Böhtançıya cavab” adlı nifrət dolu məqalə dərc etdi. Sovet rejiminin sərt, ən başlıcası, nüfuzlu və tanınmış tənqidçilərindən olan Əhməd Cəfəroğlunu ifşa etmək komandası alınmışdı. Cani-dildən, yaxud candərdi də olsa, kimsə bu tapşırığı yerinə yetirməliydi... Amma aradan illər keçsə də, ədalət naminə bu tipli “ifşaçı məqalələrin” bir müsbət tərəfini mütləq qeyd etmək lazımdır. Ötən əsrin 70-ci illərinin universitet tələbələri məhz “Böhtançıya cavab” yazısı sayəsində İstanbulda bir həmvətənimizin, dünyaşöhrətli türkoloq alimin, siaysi mühacir və vətənpərvər ictimai xadimin yaşadığını öyrəndilər...”.

Bu sətirlər Vilayət Quliyevin tərtibi ilə Əhməd Cəfəroğlunun ilk dəfə Vətəndə çıxan kitabına önsözdən götürülüb.

Doğrudan da, 70-ci illərin universitet tələbələri olan Vilayət Quliyev və Kamal Abdulla 2008-ci ildə Əhməd Cəfəroğlunu Vətəndə tanıtmağa nail oldular. Kitab o zamanlar Kamal Abdullanın rektor olduğu Bakı Slavyan Universitetinin “Türkologiya” seriyasında işıq üzü gördü...

- Cəfəroğlunun mühacirət həyatı necə başladı?

- O, necə “böhtançıya” çevrildi?

- Əhməd Cəfəroğlu Azərbaycan mədəniyyətinə, türk dünyasına, dünya elminə nə verdi?

-Cəfəroğlunu dünyaca ünlü elm adamlarından, məsələn, türkoloqlardan kiminlə müqayisə etmək olar?

- Türkiyədə Cəfəroğlu soyadından kimlər qalıb? Kimlər onu sayqı-sevgiylə xatırlayır?

- Və nəhayət, Cəfəroğlu Əhməd bəy daha vətəni görmədən bütün ömrünü İstanbulda necə yaşadı?

Bu, AzadlıqRadiosunun “İZ” proqramının Cəfəroğluna həsr olunmuş xüsusi buraxılışıdır. Verilişin adı “Qandan qaçan professor”dur...

Aprelin 16-da saat 23-də bu “İz”i itirməyin.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG