Bakının Heydər Əliyev prospektinin Sabunçudan keçən hissəsində yolun kənarındakı qar qalıqlarını təmizləyən qadını avtomobil vurub. Naməlum sürücünün idarə etdiyi nəqliyyat vasitəsi 40-45 yaşlı qadını vuraraq 10-15 metr kənara atıb. O, aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.
Lent.az xəbər verir ki, qəzanı törədən sürücü avtomobili ilə birgə qaçıb.
Faktla bağlı araşdırma aparılır.