Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:56

Parlamentdə 18+ müzakirələri


Yaxın gələcəkdə 18-dən yuxarı yaş kateqoriyasına aid informasiya məhsulu teleradio vasitəsilə yayımlanarkən bu haqqda xəbərdarlıq edilə bilər. Yayımçılar bunu televiziya yayımı zamanı işarə, radio yayımı zamanı isə səsləndirmə ilə həyata keçirilməli olacaqlar.

Bu gün, oktyabrın 3-də Milli Məclisin İnsan hüquqları komitəsində ikinci oxunuşda müzakirə edilən “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsində belə nəzərdə tutulur.

Müzakirələr haqda parlamentin mətbuat xidmətinin məlumatında bildirilir.

“Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsi 5 fəsil, 19 maddədən ibarətdir. Layihədə uşaqların informasiya əldə etməsi, ailə institutunu nüfuzdan salan informasiya, informasiya məhsulunun yaş təsnifatı, zorakılığın, qəddarlığın nümayişi və başqa anlayışlarla bağlı izahatlar verilir.

Layihənin üçüncü fəslində informasiya məhsulunun işarələnməsi və bunun xüsusiyyətləri əksini tapıb. Layihəyə görə, həmçinin uşaqlardan ötrü kino, video xidmətlərin göstərilməsi zamanı, uşaq teleradio proqramlarında, verilişlərində və dövri mətbu nəşrlərdə yayılan reklam onun yerləşdirildiyi informasiya məhsulunun yaş kateqoriyasına uyğun olmalıdır.

Deputatların layihəni bəyəndiyi, Milli Məclisin plenar iclasına tövsiyə etdiyi bildirilir.

XS
SM
MD
LG