Keçid linkləri

2025, 27 Mart, Cümə axşamı, Bakı vaxtı 19:48

Cəbhəçi fəal azadlığa çıxdı


Qədir Xudabaxşıyev
Qədir Xudabaxşıyev

-

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Mingəçevir təşkilatının fəalı Qədir Xudabaxşiyev avqustun 11-də həbs cəzasını başa vuraraq azadlığa çıxıb.

O, 2015-ci il fevralın 11-də Mingəçevir kafelərindən birində saxlanılmışdı.

Polisin iddiasına görə, onun üzərindən TT tapançası tapılıb. Amma müxalifətçi bu ittihamı rədd edir.

AXCP hesab edirdi ki, Q. Xudabaxşiyevin həbsində siyasi motivlər var.

2015-ci il oktyabrın 14-də Mingəçevir Şəhər Məhkəməsi onu 1 il 6 ay azadlıqdan məhrum etmişdi.

Buna da bax: Cəbhəçi gəncin şikayəti təmin olunmadı

Vəkilləri deyirdilər ki, məhkəmə qərar verərkən Q. Xudabaxşiyevin Qarabağ müharibəsi veteranı, həyat yoldaşının ikinci qrup əlil, himayəsində də 3 azyaşlı uşağının olmasını diqqətə almayıb.

Hazırda AXCP-nin 10 üzvi həbsdədir. Partiya onları siyasi məhbus sayır. Ancaq Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər.

Buna da bax: Cəbhəçi gənc azadlıqda

XS
SM
MD
LG