Keçid linkləri

2016, 29 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 12:24

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Sumqayıt şəhər Gənclər Təşkilatının sədri Ruslan Qarayev avqustun 9-u axam saatlarında azadlığa buraxılıb.

Bu haqda vəkili Əsabəli Mustafayev məlumat yayıb.

Ruslan Qarayevi iyulun 20-i, axşam saatlarında Sumqayıtda yaşadığı binanın qarşısında polislər saxlayıb. O, kiçik xuliqanlıq və polisə müqavimətdə ittiham edilərək 20 sutka inzibati həbs cəzası alıb.

Yaxınları onun saxlanmasının başqa səbəbini görürlər. Onlar deyirlər ki, R.Qarayev saxlanmazdan bir gün əvvəl Facebook səhifəsində keçmiş prezident Heydər Əliyevin heykəli qarşısında çəkdirdiyi şəkli və tənqidi status paylaşıb.

XS
SM
MD
LG