Keçid linkləri

Təcili xəbərlər
2021, 16 May, bazar, Bakı vaxtı 06:44

Azərbaycanda 9 ayda qadınlar 4552 cinayətlə üzləşib


Qadına qarşı zorakılıq plakatı

2016-cı ilin 9 ayı ərzində Azərbaycanda qadınlara yönəlik 4552 cinayət qeydə alınıb.

Dekabrın 12-də Bakıda “Qadınlara qarşı zorakılığa son” kampaniyasının yekunları ilə bağlı keçirilən forumda bu haqda məlumat verilib.

Buna da bax:​ Deputat: 'Qadınlar da öz ərlərini öldürür...'

Bildirilib ki, hər səkkiz cinayətdən biri məişət, yəni ailə münaqişələri zəminində törədilib.

Bu cinayətlərə və əməllərə görə 2000-dən çox insan məsuliyyətə cəlb olunub.

Forumu Regional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti təşkil edib.

Buna da bax: M. Zeynalova: “Bəzi qadınlar söyüşü də əzizləmə sayırlar”

Qurumun rəhbəri Şəhla İsmayıl deyib ki, bütün dünyada noyabrın 25-dən dekabrın 10-na qədər gender zorakılığına qarşı 16 günlük beynəlxalq kampaniya keçirilib. Azərbaycandakı bu aksiya da həmin kampaniyanın tərkib hissəsidir.

XS
SM
MD
LG