Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:02

Qəbir yeri almaq da ev almaq qədər problemlidir


Bakıda məhbusun aclıq aksiyası davam edir: Etirazda saxlananlar var
Gözlə

No media source currently available

0:00 0:15:09 0:00

Bakıda məhbusun aclıq aksiyası davam edir: Etirazda saxlananlar var

Azərbaycanda qəbirstanlıqlarla bağlı hansı problemlər həllini tapıb, hansılar qalır? Yas mərasimlərinin təşkili, bahalı məzar daşlarının sifarişi, qəbir yerlərinin satılması və digər problemləri rəsmilərin özləri də zaman-zaman gündəmə gətiriblər.

Ötən ilin dekabrında Nazirlər Kabineti “qəbirstanlıqların salınması və idarəedilməsi” haqda yeni qaydaları təsdiqləyəndə çoxları düşünürdü ki, bu sahədəki problemlər aradan qalxacaq. Bəs, gözləntilər özünü doğrultdumu?

Xırdalan şəhər sakini Qorxmaz Əliyev iddia edir ki, dəyişən bir şey yoxdur. Onu narahat edən ən böyük problem isə Xırdalan qəbirstanlığının genişləndirilməsi zamanı hərəkət zolağının zəbt olunmasıdır:

“Baxın bunlar yeni qəbirlərdir, bunlar da yolun hərəkət hissəsində salınıb. Artıq qəbirstanlıqda boş yer qalmayıb, keçirlər yolları satmağa. Burada yerli əhali üçün qəbirin qazılması xərci 100 manat, qıraqdan gələnlərə 300 manatdır. Qəbir üçün torğaq almağın xərci isə 3 min manatdır”.

Qorxmaz Əliyev deyir ki, məzarlar arasında məsafə o qədər azdır ki, keçib, getmək də olmur. O, 15 nəfər Xırdalan sakini ilə birlikdə Abşeron rayon icra hakimiyyətinə, polis idarəsinə bu məsələnin araşdırılması ilə bağlı müraciət edib.

İcra hakimiyyətindən onun şikayətinə hər hansı cavab gəlməyib. Qorxmaz Əliyev deyir ki, Abşeron rayon polis idarəsindən gələn cavabda isə buna görə də məhkəməyə müraciət etmələri tövsiyyə olunub.

Biz səslənən iddialarla bağlı Abşeron rayon İcra hakimiyyətinin də mövqeyini öyrənməyə çalışdıq. Lakin telefon zənglərinə cavab verən olmadı.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov isə deyir ki, yeni qaydalar tam tətbiq olunandan sonra bu sahədəki bütün problemlər öz həllini tapacaq:

“Hazırda bu məsələ ilə bağlı işlər gedir. Yaxın zamanda tətbiqinə başlanacaq. Mən düşünürəm ki, bundan sonra bütün problemlər həllini tapacaq”.

Gündüz İsmayılovun sözlərinə görə, bu ilin mayında Nazirlər Kabineti qəbirstanlıqların salınması qaydalarını tənzimləyən normativ aktı da təsdiqləyib. Bu akta əsasən qəbiristanlıqlarda dəfn üçün yerlər pulsuz olacaq.

Amma dini mövzular üzrə şərhçi Kənan Rövşən oğlu o qədər də ümidli deyil. O düşünür ki, yeni qərarda qəbirstanlıqların salınması və idarəedilməsi bələdiyyələrə tapşırılır.

Kənan Rövşənoğlunun fikrincə, bələdiyyələrin də fəaliyyəti o qədər şəffaf deyil, üstəlik bu qərarın işləmə mexanizmləri də bəlli deyil. Onun fikrincə, belə olan halda yeni qaydaların bu sahədə bütün problemləri həll edəcəyini gözlətntilərini şübhə altına salır.

Qəbirstanlıqların salınması və idarəolunması haqda yeni qaydalarda qəbir yerlərinin ölçüsündən tutmuş, qəbirüstü tikililərə dair tələblər öz əksini tapıb. Hökumət bununla həm də dəfn xərclərini azaltmağı hədəflədiyini bəyan edir.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənib:

Dəfn xərcləri cibinizə uyğundurmu?
Gözlə

No media source currently available

0:00 0:01:40 0:00

Dini mövzularda yazar Kənan Rövşənoğlu isə hesab edir ki, yas mərasimlərinin təşkili, ölünün yuyulması, kəfəni, dəfni, dəfn olacağı yer, məzar, qəbir daşı hamısı xərcdir. O, düşünür ki, bu problemin üstünə millət vəkilləri səviyyəsində düşmək, yeni qaydaların təsdiqi müsbət haldır. Amma bu o demək deyil ki, problem öz həllini tapacaq:

“Gözləyək görək bu qaydalar necə işləyəcək. Çünki əvvəllər də tam bu şəkildə olmasa da bu sahə tənzimlənirdi. Müəyyən qaydalar, əsasnamələr varıydı. Məsələn, əvvəlki qaydalara görə qəbir yerləri üçün dövlət rüsumu 63 manat idi. Amma vətəndaşlardan qəbir yerləri üçün dəfələrlə böyük məbləğdə pul alınırdı. İndi yeni qaydalarda qəbir yerləri tamamilə pulsuzdur. Mən bunun işləyəciyinə inanmıram. Kiminsə Yasamal qəbirstanlığında və ya şəhərəyaxın başqa bir yerdə qəbir yeri alması çətin məsələ olacaq. Hər halda gözləmək lazımdır ki, görək bu qaydalar necə işləyir. İşləyə bilirmi?”

Nazirlər Kabinetinin 4 dekabr tarixli qərarı ilə Azərbaycanda qəbir yerlərinin, qəbirüstü tikililərin ölçüsü və digər məsələlərlə bağlı konkret tələblər irəli sürülür.

“Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nda qeyd olunur ki, 3 ay ərzində yerli icra hakimiyyəti orqanları qəbiristanlıqların bələdiyyələrə təhvil verməlidir.

Rəsmi məlumata görə, hazırda təhvil vermə işləri gedir. Proses tam başa çatandan sonra yeni qanunun tətbiqinə tam şəkildə başlanacaq.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG