Keçid linkləri

Təcili xəbərlər
2019, 17 Avqust, şənbə, Bakı vaxtı 18:52

Zəhərlənmə ilə bağlı cinayət işi başlanıb


İllüstrasiya

Qəbələ rayonunda zəhərlənmə ilə bağlı cinayət işi açılıb.

Bu barədə bu gün, avqustun 6-da Qida Təhlükəsizliyi Agentliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə açıqlamasında qeyd edilir.

Məlumatda yazılıb ki, avqustun 5-i Qəbələ rayonu Zərgərli kəndində həyət toyunda iştirak edən təxminən 500 nəfər qonaqdan 89 nəfəri (19-u qadın, 8-i yetkinlik yaşına çatmayan) qida zəhərlənməsi diaqnozu ilə müalicə müəssisələrinə müraciət edib: «Rayon Polis Şöbəsi və prokurorluğunun əməkdaşlarının, eləcə də Qida Təhlükəsizlik Agentliyinin Şəki Regional bölməsinin əməkdaşlarının iştirakı ilə dərhal hadisə yerinə baxış keçirilib. Toy məclisində verilmiş ayrı-ayrı qida məhsullarından nümunələr qablaşdırılaraq götürülüb və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib».

Rəsmi açıqlamada vurğulanır ki, rayon prokurorluğunda Cinayət Məcəlləsinin 200.3-cü (bilə-bilə pis keyfiyyətli məhsulların istehsalı, satışı və onların keyfiyyətsiz olmasının gizlədilməsi- ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına zərər vurulmasına səbəb olduqda) və 314.1-ci (səhlənkarlıq) maddələri ilə cinayət işi başlanıb.

Həmin maddələr üzrə günahlandırılan şəxslərə 2 ilə qədər həbs cəzası verilə bilər.

Açıqlamada yazılıb ki, hadisə zamanı zərər çəkmiş şəxslərdən 88-i ilkin tibbi yardım göstərilməklə evə buraxılıb, 1 nəfərin isə stasionar şəraitdə müalicəsi davam etdirilir.

Qəbələdə zəhərlənənlərin sayı 75-ə çatıb

Dünən, avqustun 5-də Qəbələ rayonunun Zərgərli kəndində keçirilən toy mərasimində qidadan zəhərlənmə ilə bağlı Mərkəzi Rayon Xəstəxanasına (MRX) müraciət edənlərin sayının 75 nəfərə çatdığı bildirilir.

APA-nın məlumatına görə, müraciət edənlərdən 16-sı qadın, 7-si uşaq, digərləri kişilər olub. Zəhərlənmə ehtimalı ilə müraciət edənlərin hamısına Qəbələ MRX-da lazımı yardım edilib. Gecə saat 02:00 radələrində xəstəxanada 6 nəfər olub. Səhərə yaxın onlardan 4-ü buraxılıb. Hazırda xəstəxanada 2 nəfər qaldığı deyilir.

Hadisə barədə hüquq-mühafizə orqanları və Qida Təhlükəsizliyi Agentliyi məlumatlandırılıb. Xəstəxananın gücləndirilmiş rejimdə işlədiyi söylənir.

+++

Bu gün, avqustun 5-də Qəbələ rayonunun Zərgərli kəndində keçirilən toyda kütləvi zəhərlənmə olduğu bildirilir.

Bu barədə APA-ya Səhiyyə Nazirliyindən deyilib.

Məlumata görə, 26 nəfər Qəbələ Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onlara lazımi tibbi yardım göstərildiyi qeyd olunur.

Bununla bağlı hüquq-mühafizə orqanlarına və Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilib.

Bildirildiyinə görə, hazırda xəstəxana gücləndirilmiş rejimdə işləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG