Keçid linkləri

Təcili xəbərlər
2021, 13 İyun, bazar, Bakı vaxtı 19:58

Aypara Cəmiyyətinin bölmə sədri rüşvətdə günahlandırılır


Baş Prokurorluq

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Bərdə rayon bölməsinin vəzifəli şəxsləri rüşvətdə günahlandırılırlar.

Bu barədə Baş Prokurorluq mayın 26-da məlumat yayıb.

Məlumatda bildirilir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ilkin araşdırma aparılmaqla mayın 25-də Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə (rüşvət alma - külli miqdarda törədildikdə) cinayət işi başlanıb.

Açıqlamaya görə, bölmənin sədri Xanlar İsmayılovun ünvanlı sosial yardım almaları üçün ona müraciət etmiş şəxslərin adlarını işçi kimi rəsmiləşdirmək müqabilində onların əməkhaqqı kartlarını özündə saxlamasına şübhə yaranıb: "Həmin əməkhaqqı kartlarına daxil olan vəsaiti hər ay nağdlaşdıraraq külli miqdarda pul vəsaitini rüşvət qismində təkrarən almasına əsaslı şübhələr müəyyən edilmişdir".

Rəsmi ittihama, hələlik, X.İsmayılov, onun vəkilləri və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəhbərliyindən münasibət almaq mümkün olmayıb.

Xatırlama

Azərbaycan Qızıl Aypara Cəmiyyəti ölkədə fəaliyyət göstərən və dövlət qanunu ilə rolu müəyyən olunmuş humanitar təşkilatdır. 1920-ci il martın 10-da təsis edilib. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanovdur.

XS
SM
MD
LG