Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:47

Putinin qızı üçün bahalı tibb mərkəzinin yaradılacağı xəbər verilir


Vladimir Putin
Vladimir Putin

AzadlıqRadiosu yazır ki, BBC Rus xidməti Rusiya prezidenti Vladimir Putinin qızının biznesinə dair təhqiqat materialını dərc edib.

Bu təhqiqata görə Putinin böyük qızının adı və soyadı Mariya Vorontsovadır.

Bu materiallara görə Vorontsova bu ilin yanvarında təsis edilmiş Novaya Meditsinkaya Kompaniya – qısaca adı Nomeko olan şirkətin həmtəsisçidir.

Təhqiqat materiallarında deyilir ki, bu şirkət tezliklə Leninqrad vilayətində “çoxfunksiyalı tibbi kompleksin” yaradılması ilə məşğul olacaq.

Bu məqsədlə hökumət Fin körfəsizinin yaxınlığındakı Yukkov kənd yaşayış məntəqəsinin meşə fondundan torpaq ayıracaq.

Bu tibb kompleksinin yaradılacağı rayon Leninqrad vilayətinin ən prestijli rayonlarından biridir.

Öz qiymətinə görə bu torpaq Sankt Peterburq qubernatorunun rezidensiyasından sonra ikincidir.

Tibb kompleksinin sahəsi 200 kvadratmetr olacaq ki, bunun da qiyməti 40 milyard rubldur.

BBC-nin məlumatına görə bu layihənin əsas investoru Vladimir Putinlə sıx əlaqəsi olan Sogaz sığorta şirkətidir.

Sogaz şirkəti idarə heyəti sədrinin müavini Rusiya prezidentinin qardaşı oğlu Mikhail Putindir.

Şirkətin direktoru Anton Ustinov isə keçmişdə Putinin neft və qaz üzrə müşaviri olub, sonralar isə Rosneft şirkətinin rəhbəri Igor Sechin-in aparatında işləyib.

Bu da bildirilir ki, Sogaz şirkətindən könüllü qaydada sığorta sazişlərini öz əməkdaşları üçün Gazprom, Rosneft və Rosatom şirkətləri, habelə Leninqrad vilayətinin hökumət üzvləri imzalayıblar.

Rusiyada ən böyük sığorta şirkəti olmasına baxmayaraq Sogazın pasient axını ilə bacarmadığı xəbər verilir.

Çoxproifilli Skandinaviya və ABA Peter klinikalarının təsisçisi Gleb Mikhaylik-in fikrincə Soğaz yeni tibb kompleksinin tikintisində maraqlıdır, çünki “Rusiya elitasına elitar xəstəxana lazımdır”.

Nomeko şirkətinin baş direktoru Baranov deyib ki, şirkət habelə məcburi tibbi sığorta layihələrində iştirak edə bilər.

BBC bunu da qeyd edir ki, yeni kompleksin ixtisaslarından biri də xərçəngin proton terapiyası ilə müalicəsi olacaq.

2021-ci ildə açılması nəzərdə tutulan bu klinikada proton terapiyasının xərclərini dövlət, icbari tibbi sığorta fondundan ödəyəcək.

2020-ci ildə bu məqsədlə 5 milyard rubl ayrılması nəzərdə tutulub.

Bu qədər pul ildə yalnız 2000 pasientin müalicəsinə imkan verəcək. Halbuki Rusiyada belə müalicəyə ildə 25-35 min insanın ehtiyacı var.

Media xəbərlərinə görə Putinin böyük qızı Mariya Vorontsovanın hazırda 34 yaşı var.

Vaxtilə Rossiya telekanalında verilmiş reportajlardan birində o Səhiyyə Nazirliyinin endokrinologiya mərkəzinin elmi işçisi kimi təqdim olunmuşdu.

2015-ci ildə Reuters agentliyi bildirirdi ki, Vorontsova Moskva Dövlət Universitetinin fundamental təbabət fakültəsini bitirib.

Nə Vorontsova, nə də Nomeko şirkəti BBC-nin sorğularına cavab verməyiblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG