Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:16

Putinin hökumətini ‘Antiməsih hakimiyyəti’ adlandıran keşiş kimdir


Sergius (Nikolai Romanov)
Sergius (Nikolai Romanov)

Rusiyanın Baş Prokurorluğu YouTube saytından ultramühafizəkar Yekaterinburq keşişi sxiuqmen Serginin (Romanov) moizəsinin çıxarılmasını tələb edib.

Ruhani bu moizədə Rusiya Konstitusiyasına düzəlişlərə səsverməsinin boykotuna çağırırdı.

AzadlıqRadiosunun Rus xidməti MBX media saytına istinadən yazır ki, bu barədə Roskomnadzorun göstərişi var.

Baş Prokurorluq bildirir ki, keşişin Konstitusiya düzəlişlərinin Rusiyada “quldarlıq hakimiyyətini qanuniləşdirəcəyinə” dair dedikləri həqiqətə uyğun deyil.

Prokurorluq habelə qeyd edir ki, Sergiy atanın “rusiyalıların gələcək Antiməsihin hakimiyyətini könüllü şəkildə qanuniləşdirəcəyinə və bununla da Müqəddəs Üçlüyün və Müqəddəs Məryəmin himayəsindən məhrum olacaqlarına” dair moizəsi də yanlışdır.

Baş Prokurorluq bildirir ki, keşişin Rusiyaya hasidilərin (ultraortodoks yəhudilərin) rəhbərlik etdiyinə dair dedikləri də doğru deyil.

AzadlıqRadiosu yazır ki, Roskomnadzorun tələbinin kimə - YouTube saytına, yoxsa keşişin özünə ünvanladığı məlum olmur.

Sergiy Romanov ibadətə rəhbərlik etməsi qadağan olunmuş ruhani rütbəli rahibdir və Sredneuralsk qadın monastrının təsisçilərindən biridir.

“Çarallahlılar”

O habelə Rusiyada “Çarallahlılar” adlanan ultramühafizəkar pravoslav xristian təriqətinin üzvüdür.

Bu təriqətin üzvləri Rusiyanın sonuncu imperatoru II Nikolayı müqəddəs hesab edirlər.

Onlar yepiskopluq tərəfindən demək olar idarə olunmurlar və çox vaxt Rus Pravoslav Kilsəsinə (RPK) qarşı çıxırlar.

Keşiş Serginin ibadət ayinlərini icra etməsi o məmurları lənətləyəndən sonra qadağan olunub.

O iyunun 16-da dindarların dəstəyi ilə Sredneuralsk qadın monastrını zəbt edib və hazırda orada qərar tutub.

Bəzi məlumatlara görə onun yanında 500 tərəfdarı var.

RPK onu kilsə məhkəməsində mühakimə etməyə hazırlaşır. Bu məhkəmədə o ruhani rütbəsindən məhrum edilməlidir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG