Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 12:19

Keşiş etirazçıları dəstəklədi... işindən kənarlaşdırıldı


Moskvada 10 avqust etirazı
Moskvada 10 avqust etirazı

Rusiyanın Yaroslavl yeparxiyasındakı Pravoslav Kilsəsi bir keşişi beş il müddətinə işindən kənarlaşdırıb. Həmin keşiş sentyabrda onlarla digər ruhani ilə birlikdə açıq məktub imzalayaraq hakimiyyəti etirazlara qatılanlara təzyiqi azaltmağa, fəalları azad etməyə çağırıb.

Yeparxiya bildirir ki, məqsəd Aleksandr Parfyonov Atanın qayğısına qalmaqdır, “kilsənin müalicəvi addımı insanı düzgün ruhi vəziyyətə qaytarmalıdır ki, gələcəkdə işini davam etdirə bilsin”.

Parfyonov və 180-dən artıq Rusiya pravoslav ruhanisi Moskvadakı etirazlardan sonra açıq məktub imzalamışdı. Etitrazçılar müstəqil və müxalifət namizədlərinin yerli seçkilərə buraxılmasını tələb edirdilər.

Yeparxiyanın mətbuat katibi Aleksandr Samosky Rusiya mediasına deyib ki, kilsə məhkəməsinin qərarı yay etirazları ilə əlaqədar deyil.

Keşişlər İncildən sitatlar gətirirdilər...

Moskvada iyulun 27-də keçirilmiş ilk yürüşə 10 minədək adam qatılmışdı və bu, Prezident Vladimir Putinin yeddi illik idarəçilik dövründə ən böyük icazəsiz nümayiş idi.

Polis etirazçıları zorakılıqla dağıtdı, 1300-dən çox adamı saxladı.

Etirazlardan sonra 24 nəfərə ittiham irəli sürüldü, 9-na həbs cəzası kəsildi. Ümumilikdə isə yay etirazlarına qatılmış 14 nəfər məhkum edilib, onlardan 11-nə 1 ildən 5 il yarımadək həbs cəzası kəsilib.

Keşişlər məktubda İncildən sitatlar gətirərək polisin gücə əl atmasını pisləyib, Rusiya hakimlərinə, hüquq-mühafizə əməkdaşlarına müraciət edib.

Bu məktub bir növ siyasətə müdaxilə sayılır, kilsə alimləri 1991-ci ildə sovetlərin dağılmasından sonra Rusiyada belə bir hadisənin görünmədiyini deyirdilər.

“Məhkəmə işləri repressiv xarakter daşımamalıdır, məhkəmələrdən narazıların susdurulması üçün istifadə olunmamalıdır, güc əsaslandırılmamış qəddarlıqla tətbiq edilməməlidir”, – məktubda deyilirdi, hökmlərdən bəziləri “ədalətli hökmlərdən çox Rusiya vətəndaşlarının qorxudulması” adlandırılırdı.

Keşişlərin açıq məktubu ilə eyni vaxtda Rusiyanın məktəb müəllimləri, həkimlər, tələbələr, vəkillər və bu yaxınlarda Elmlər Akademiyası da oxşar müraciətlər göndəriblər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG