Keçid linkləri

2024, 12 Oktyabr, şənbə, Bakı vaxtı 12:54

Rusiya vətəndaş cəmiyyətinə düşmən münasibətdə ittiham edilir


Avropa Parlamenti
Avropa Parlamenti

Avropa Parlamenti Rusiyanı ölkənin ziddiyyətli “xarici agent” qanununu ləğv etməyə və “vətəndaş cəmiyyətinə qarşı bilərəkdən düşmən ab-hava yaratmaqdan” çəkinməyə çağırıb.

Avropa Parlamentinin dekabrın 19-da qəbul edilmiş qətnaməsində deyilir:

"Bu qanun və mediaya, insan haqları təşkilatlarına və vətəndaş cəmiyyətinə qarşı aşırı cərimələrdən istifadə edilməsi bu qurumları əsas resurslarını cərimələrin və vəkil haqlarının ödənməsinə yönəltməyə məcbur edir və beləliklə də ifadə azadlığı məhdudlaşdırılmış olur”.

Avropa Parlamenti habelə Rusiyanın xarci agent qanununa bu yaxınlarda edilmiş düzəlişi pisləyib.

Avropa millət vəkilləri Avropa İttifaqının digər qurumlarını Rusiya nümayəndələri ilə görüşlər zamanı xarici agent qanunu ilə bağlı narahtalıq ifadə edilməsinə çağırır.

Rusiyada xarici agentlərə dair ilk qanun 2012-ci ildə Vladimir Putin təkrar prezidentliyə qayıdarkən qalxmış kütləvi etiraz aksiyalarının ardınca qəbul edilmişdi.

XS
SM
MD
LG