Keçid linkləri

2025, 28 Mart, Cümə, Bakı vaxtı 12:35

SSRİ-nin dağılması haqqında Putin-lə Zyuganov-un mübahisəsi və...


Gennady Zyuganov və Vladimir Putin
Gennady Zyuganov və Vladimir Putin

Sovet İttifaqının dağılmasında birbaşa kommunistləri suçlayan Vladimir Putin Kommunist Partiyasının bəzi qurultaylarının nəticələrindən narazılığını dilə gətirib.

PUTIN: «HƏLƏ SOVET İTTİFAQI DÖNƏMİNDƏ HAQQ-HESAB ÇƏKİLİRDİ»

Olay Dövlət Dumasında parlament fraksiyalarının başçıları ilə görüşdə baş verib. Putin Rusiya Kommunist Partiyasının lideri Gennady Zyuganov-un ittihamlarını sərt cavablandırıb. Zyuganov hakimiyyətin Kommunist Partiyasını seçici səslərindən məhrum etdiyini, onlarla haqq-hesab çürütdüyünü bildirib.

Rusiya hakimiyyətinin heç vaxt siyasi rəqibləri ilə hesab çürütmədiyini bəyan edən prezident Putin, CurrenttimeTv-nin məlumatına görə, cavabını çox qəribə şəkildə ifadə edib: «Hesab çürütmək həmişə pis şeydir. Ancaq hələ Sovet İttifaqı dönəmində haqq-hesab çürütməyə başlamışdılar. O zaman partiyanın müxtəlif qurultaylarında bizim tarixin ayrı-ayrı ağır epizodları hədəf götürülmüşdü. Bu addımın doğru, ya yanlış olduğunu qoy tarixçilər dəyərləndirsinlər».

XX qurultay - 1956
XX qurultay - 1956

PREZİDENT HANSI QURULTAYLARDAN DANIŞIR?

CurrentimeTV yazır ki, siyasi rəqiblərlə haqq-hesab aparan ən məşhur qurultay kimi partiyanın XX qurultayını götürmək olar. Həmin qurultayda Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin (Sov.İKP MK-nın) birinci katibi Nikita Khrushchev-un «Şəxsiyyətə pərəstiş və onun nəticələri» adlı məruzəsi qapalı rejimdə diqqətə yetirilib.

Sözügedən məruzədə Sovet İttifaqının keçmiş rəhbəri Joseph Stalin-in ölkə tarixindəki rolu kəskin tənqid olunub, bununla da stalinsizləşmənin təməli qoyulub. Bu qurultay sosialist blokunun bir neçə lideri ilə münasibətlərin korlanmasına da yol açıb. Məsələn, sovetlərin Çindəki Mao Zedong rejimi və Albaniya rəhbəri Enver Hoxha ilə münasibətləri pisləşib.

Rusiya prezidenti sözügedən görüşdə daha sonra bəyan edib ki, Sovet İttifaqını dağıtmaq gərək deyildi. O, SSRİ-nin dağılmasında birbaşa günahı ovaxtkı Kommunist Partiyasında görüb.

«SSRİ-Nİ DAĞITMAQ VACİB DEYİLDİ»

Vladimir Putin sovetlərin dağılmasına eyham vuraraq deyib: «Bunu etmək vacib deyildi». Prezident Sovet İttifaqında dəyişikliklər aparmağın, o cümlədən «demokratik xarakterli dəyişikliklər»in mümkünlüyündən də danışıb: «Bizim ortaq vətənimizin başında başqası yox,Kommunist Partiyası dururdu. Millətçil və başqa dağıdıcı fikirləri məhz bu partiya irəli sürürdü. Bu fikirlər istənilən dövləti, özəlliklə Rusiya kimi çoxmillətli ölkəni məhv edə bilərdi».

Sual doğur: Putin özü də kommunistdirsə, kimi ittiham edir? Axı o da ozamankı Kommunist Partiyasının üzvü olub - ən geci 1975-ci ildə, hələ Leninqrad Dövlət Universitetində təhsil alarkən həmin partiyaya qəbul edilib.

«Sovet İttifaqı Kommunist Partiyasından çıxmağıma gəlincə, mən partiyadan çıxmamışam - qeydiyyat vəsiqəmi, partiya biletimi çox səliqə-sahmanla masanın üstünə qoymuşam», - Vladimir Putin bu sözləri 2000-ci ildə «Birinci şəxsin dilindən» adlı kitab üçün verdiyi müsahibədə dilə gətirib.

XS
SM
MD
LG