Rusiya prezidenti Vladimir Putin yaponiyalı jurnalistlərlə görüşə iti ilə çıxıb. Akita cinsindən olan Yume adlı iti V.Putin-ə Yaponiyanın Akita vilayəti rəsmiləri 2012-ci ildə hədiyyə ediblər.
Yaponiyanın «Nippon» telekanalı və «Iomiuri» qəzetinin əməkdaşlarıyla görüşən prezident onların Yume ilə tanış olmaq istədiyini eşitdiyini, ona görə də itlə gəldiyini deyib.
Jurnalistlər görüşün belə başlamasına təəccübləndiklərini, həm də qorxduqlarını bildiriblər.
«Düz edirsiniz, qorxursunuz. O doğrudan da zabitəli itdir. Burada çox adam var, kameralar işləyir, işıqlar yanır və o, qoruyucu funksiyasını yerinə yetirir», - deyə prezident itinin davranışının səbəbini izah edib.
V.Putin bu zabitəli itin onu həmişə qoruduğunu deyib.
Akita cinsi Yaponiyanın ən məşhur it cinslərindədir. Bu cins baş rolu Richard Gere-in ifa etdiyi «Hatiko» filminə görə məşhurlaşıb.
Rusiya prezidentinin ev heyvanlarına marağından çoxlarının xəbəri var. Qonaqları Sergei Shoigu-nun hədiyyə etdiyi labrador Koni, bolqar ovçarkası Baff ilə tanış olduqlarını deyirlər.
Yaponlar bu günlərdə Tokioya səfərə hazırlaşan V.Putin-ə yenə it vermək istəyirdilər. Amma Yaponiya Rusiya prezidentinin ikinci hədiyyədən imtina etdiyini bildirib.
Şərhlər (1)
Daha çox şərh göstər