Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:12

Putinin yaxın adamının Brüssel konfransına dəvəti ləğv edilib


Vladimir Yakunin
Vladimir Yakunin

Rusiya prezidenti Vladimir Putinin yaxın adamının Avropa İttifaqı tərəfindən maliyyələşdirilən konfransa dəvəti ləğv edilib.

2014-cü ildə Krımın Rusiya tərəfindən ilhaqındakı roluna görə ABŞ-ın sanksiya siyahısına salınmış Vladimir Yakuninin adı tədbirdə çıxış etməli olan natiqlərinsiyahısından çıxarılıb.

Bu barədə məlumatı Avropa İttifaqı xarici işlər komissarı Federica Mogerini-nin sözçüsü Maja Kocijancic fevralın 15-də verib.

Bu hadisədən az əvvəl BuzzFeed saytı vaxtilə Rusiyanın dəmir yolu inhisarına rəhbərlik etmiş Yakuninin fevralın 27-də Brüsseldə keçiriləcək tədbirdə çıxış edəcəyini xəbər vermişdi.

Konfrans “Millətçilik dalğasına qarşı mübarizədə Avropa İttifaqı mədəniyyət və elm diplomatiyasının rolu” adlanır.

Yakunin hazırda Sivilizasiyalar Dialoqu elmi-tədqiqat mərkəzinə başçılıq edir.

Konfransı keçirən Mədəniyyət, Elm və İnnovasiyalar Diplomatiyası layihəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilir.

Tədbir Brüsseldəki Albert Borschette konfrans mərkəzində keçiriləcək. Bu, Avropa Komissiyasının rəsmi binalarından biridir.

Bu ayın əvvəllərində Rusiya mediası xəbər verirdi ki, Vladimir Yakuninin oğlu Andrey Yakunin Vyanada üzü Şenburn qəsrinə baxan bahalı oteldəki payını satır.

O bu oteldin səhmlərini 2013-cü ildə 20, 5 milyon avroya almışdı və deyilənlərə görə indi satışdan 30 milyon avrodan çox əldə edə bilər.

RBK yazır ki, söhbət dördulduzlu Radisson Blu Park Royal Palace otelindən gedir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG