Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 18:22

Putinin dostunun 2 milyardı donduruldu - REUTERS


Rusiya - Vladimir Putin və Viktor Vekselberg (Arxiv)

ABŞ-ın Rusiyaya qoyduğu iqtisadi sanksiyalar Kremlə yaxınlığı ilə seçilən oliqarxları çətinə salıb.

Reuters agentliyi yazır ki, ABŞ-ın rus milyarder Viktor Vekselberqə qoyduğu sanksiyalar onun "Renova" qrupunun nəzarət etdiyi bəzi şirkətlərin dollar hesablarının bloklanması ilə nəticələnib.

Bu hesablarda 1,5-2 milyard dollar məbləğində pul var.

​Bunlardan biri "Sulzer" maşınqayırma konsernidir. Həm bu konsern, həm də Avropadakı bəzi başqa şirkətlər sanksiyalar altına düşməmək üçün bundan öncə təcili şəkildə "Renova"da minlərlə səhmlərini almağa məcbur olmuşdular. ​

Buna da bax: Duma üzvləri ABŞ mallarına qadağa təklif edir

XS
SM
MD
LG