Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:29

Duma üzvləri ABŞ mallarına qadağa təklif edir


Son sanksiyalardan sonra rubl kəskin ucuzlaşıb
Son sanksiyalardan sonra rubl kəskin ucuzlaşıb

Rusiyalı deputatların bir qrupu ABŞ-ın son sanksiyalarına cavab olaraq yeni qanun layihəsi hazırlayıblar. Bunu Dövlət Dumasının spiker müavini deyir.

Ivan Melnikov aprelin 13-də jurnalistlərə bildirib ki, qanun layihəsi Birləşmiş Ştatlardan və müttəfiqlərindən Rusiyaya mal və xidmətlərin idxalını, iqtisadi əlaqələri məhdudlaşdıracaq.

AMERİKA MƏHSULLARINI İCAZƏSİZ HAZIRLAMAQ

Qanun layihəsi gələn həftə parlamentin aşağı palatasında müzakirəyə çıxarılacaq.

Melnikov deyib ki, qanun layihəsində ABŞ istehsalı olan kompüter proqramlarının, dərmanların, tütün və alkoqolun idxalının da məhdudlaşdırılması təklif olunur.

***Buna da bax: Medvedev deyir, Rusiya sanksiyaların öhdəsindən gələcək

Birləşmiş Ştatlarla nüvə enerjisi, raket mühərrikləri, təyyarə istehsalı sahələrində əməkdaşlığın da qadağan olunması təklif edilir.

Layihə ABŞ şirkətlərinin Rusiyada özəlləşdirmə sazişlərində iştirakını yasaqlamağı nəzərdə tutur.

Qanun layihəsində ABŞ və digər xarici ölkə vətəndaşlarının Rusiyada işləməsinə qadağa nəzərdə tutulur. Interfax sənədin mətninə istinadla yazır ki, deputatlar Amerikanın bəzi məhsullarının müəlliflərin icazəsi olmadan ölkədə istehsalını təklif edib. Ancaq söhbətin hansı məhsullardan getdiyi dəqiqləşdirilmir.

Təhlilçilərin fikrincə, Kreml bəzən parlamentdən istifadə edərək xarici ölkələrə güclü mesaj göndərir, amma bu heç də həmişə konkret hərəkətlə sonuclanmır.

12,5 MİLYARD DOLLARLIQ İDXAL

2017-ci ildə Rusiya Birləşmiş Ştatlardan 12,5 milyard dollarlıq məhsul idxal edib. Buraya təyyarə istehsalı, maşınqayırma, dərman preparatları və kimyəvi məhsullar daxildir.

Sovet ittifaqının dağılmasından sonra Ford və Coca-Cola kimi ABŞ şirkətləri Rusiyada yerli istehsala milyardlarla dollar yatırıblar.

***Buna da bax: Rubl düşür, rəsmilər sakitləşdirici bəyanatlar verir

Birləşmiş Ştatlar aprelin 6-da Rusiya prezidenti Vladimir Putin-ə yaxınlığıyla seçilən bir sıra təhlükəsizlik rəsmilərinə, siyasətçilərə və maqnatlara sanksiyalar qoyub. Rusiya bu addımları “qəbuledilməz” adlandırıb, cavab hüququnu saxladığını bildirib.

Aprelin 9-da – bir gün ərzində Rusiya səhm bazarının dəyəri 2 trilyon 700 milyard rubl, yaxud 7 faiz azalıb. Hakimiyyət sanksiya siyahısına düşmüş şirkətlərə dəstək veriləcəyini deyib.

2014-cü ildə Ukrayna münaqişəsinə görə qoyulan beynəlxalq sanksiyalardan sonra Rusiya qərb ölkələrindən bir sıra ərzaq məhsullarının idxalını qadağan edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG