Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:32

Rubl düşür, rəsmilər sakitləşdirici bəyanatlar verir


Moskva, 9 aprel, 2018-ci il
Moskva, 9 aprel, 2018-ci il

Birləşmiş Ştatların yeni sanksiyalarından sonra rus rublu artıq ikinci gündür ki düşür. Mərkəzi bank rəhbəri və digər rəsmilərsə investorları sakitləşdirməyə çalışırlar. Bir gün öncə Rusiya şirkətlərinin səhmlərində də böyük düşüş yaranmışdı.

Aprelin 10-da səhər rubl 4,5 faizdən çox düşüb, 2016-cı ilin dekabrından bəri ilk dəfə olaraq bir dollar 63 dollardan da baha satılıb. Elə avro da bahalaşıb, 78 rublu keçib. 2016-cı ildə dünyada neftin ucuzlaşması üstəgəl Qərbin sanksiyaları ölkədə iqtisadi geriləmə yaratmışdı.

QEYRİ-MÜƏYYƏNLİYİ AZALTMAQ

Rubl gün ərzində hər iki valyutaya qarşı nisbətən möhkəmlənsə də, yenə də 2016-cı ilin dekabrından ən aşağı məzənnəsi qeydə alınıb, bir dollar 62 rubl olub ki, bu da 2 faizdən artıq düşüş deməkdir.

***Buna da bax: Rusiya Qərbdən ‘əlini üzüb’

Baş nazirin müavini Arkady Dvorkovich investorlar arasında “qeyri-müəyyənlik” olduğunu etiraf edib.

Aprelin 6-da ABŞ Maliyyə Nazirliyi yeni sanksiyaları açıqlayıb. Yeni sanksiyalar prezident Vladimir Putin-ə yaxın hesab edilən 20-dən artıq maqnatı, şirkəti, rəsmini, siyasi fiqurları əhatələyib. Maliyyə naziri bu addımın Rusiyanı “dünyada məkrli fəaliyyətinə” görə cəzalandırmaq məqsədi güddüyünü deyib

Hazırda ən əsas şey qeyri-müəyyənliyi azaltmaq, eləcə də yüzminlərlə adamın çalışdığı şirkətlərin sabit işini təmin etməkdir”, – Dvorkovich Moskvada keçirilən iqtisadi forumda deyib. O, hökumətin bu niyyətinə necə çatacağını açıqlamayıb.

Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina elə həmin forumda deyib ki, hazırda Rusiyanın maliyyə sabitliyinə risk yoxdur, sanksiyaların təsirini önləməyə bankın əlində xeyli alətlər var. O, sanksiyaların uzun müddət çəkməyəcəyini də sözlərinə əlavə edib.

OFŞOR ZONALAR?

Cümə günü baş verənlər [ABŞ sanksiyaları] hazırda gördüyümüz bazar korreksiyasını yaradır. Adətən, belə hallarda ilk günlər bazar təlatümlü olur. Fikrimizcə, iqtisadiyyatın maliyyə sektorunun dəyişmiş xarici şərtlərə adaptasiyasına müəyyən qədər vaxt lazımdır”, – Nabiullina deyib.

***Buna da bax: ABŞ sanksiyaları Deripaskanı 'çökdürür'

Sanksiyalara məruz qalanların ABŞ-ın yurisdiksiyasındakı aktivləri dondurulur, amerikalıların onlarla iş qurması yasaqlanır. ABŞ sanksiya siyahısına bəzi tanınmış məmurları və maqnatları Moskvanı 2016-cı ildə ABŞ-da prezident seçkisinə iddia olunan müdaxiləsinə cavab olaraq salıb. Siyahıda Kremllə yaxşı əlaqələri olan maqnat Oleg Deripaska-nın, Gazprom rəhbəri Aleksei Miller-in, Putin-in keçmiş cangüdəni Viktor Zolotov-un, Putin-in Təhlükəsizlik Şurasının katibi Nikolai Patrushev-in adları var.

Martın 18-də Putin daha altı illiyə prezident postuna seçilib. O, əhalinin yaşayış şəraitini yaxşılaşdıracağını, iqtisadiyyatı dirçəldəcəyini vəd edib. Ötən il 1,5% artan ölkə iqtisadiyyatında bu il 2 faizlik artım proqnozlaşdırılır.

“Vedomosti” qəzeti aprelin 10-da yazıb ki, hökumət sanksiyaların vurduğu maqnatları qorumaq məqsədiylə Kalininqrad və Vladivostok eksklavlarında ofşor-tipli zonalar yaratmağı, Rusiya kapitalını ölkəyə qaytarmağı nəzərdən keçirir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG