Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:56

Zelenskiy və Putinin Parisdə görüşəcəkləri bildirilir


Vladimir Putin (solda) və Volodymyr Zelenskiy (kollaj)
Vladimir Putin (solda) və Volodymyr Zelenskiy (kollaj)

Fransa prezidentinin administrasiyası bildirib ki, Ukraynada münaqişəyə son qoyulması üçün yaradılmış Normand dördlüyünün sammiti aylarla davam edən diplomatik səylərdən sonra, nəhayət dekabrın 9-da Parisdə keçiriləcək.

Burada Rusiya prezidenti Vladimir Putinlə Ukrayna prezidenti Volodymyr Zelenskiy arasında ilk üzbəüz görüşün keçirilməsi nəzərdə tutulub.

Bundan sonra Rusiya və Ukrayna liderləri Normandiya formatı kimi tanınan danışıqlarda Fransa prezidenti Emmanuel Macron və Almaniya kansleri Angela Merkelə qoşulacaqlar.

Ukrayna prezidentinin ofisi bildirib ki, bu sammitə hazırlıq məsələlərini Zelenskiy və Macron koordinasiya ediblər.

Volodymyr Zelensky (solda) və Emmanuel Macron Yelisey sarayında
Volodymyr Zelensky (solda) və Emmanuel Macron Yelisey sarayında

Bu da xəbər verilib ki, sammitdən əvvəl Macron Kiyevə səfər edəcək.

Macron bu barədə verdiyi bəyanatda deyib ki, “Ukrayna bundan sonra da bütün məsələlərdə Fransanın tam dəstəyinə arxalana bilər”.

Bu xəbərə Kremldən hələki heç bir şərh verilməyib.

Macron-un ofisi bildirir ki, belə bir sammit ötən yaydan bəri münaqişənin tənzimlənməsində əldə olunmuş “böyük irəliləyişin”, o cümlədən Ukraynanın şərqində qarşı duran tərəflərin geri çəkilməsinin nəticəsində mümkün olub.

Rusiya və Ukrayna habelə ötən sentyabrda ümumilikdə 70 məhbusu dəyişiblər.

Fransa hökuməti bildirir ki, Paris danışıqları Ukraynanın şərqindəki münaqişəyə son qoyulması üçün nəzərdə tutulmuş Minsk razılaşmalarının icrasına imkan açacaq.

Ötən ay Ukrayna hökuməti və moskvayönlü separatçılar arasında əhəmiyyətli razılşma əldə olunub. Bu razılaşma separatçıların nəzarətində olan Ukrayna ərazilərində seçkilərin keçirilməsini nəzərdə tutur.

Ukraynada bəziləri bu razılaşmadan narazıdırlar və bunun Rusiya qarşısında “təslimçilik” olduğunu bildirirlər.

Rusiya, Ukrayna, Fransa və Almaniya liderlərinin bundan əvvəlki sammiti 2014-cü ildə keçirilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG