Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:01

Kreml Nazarbaev-in təklifinə isti yanaşmır


Vladimir Putin (sağda) və Volodymyr Zelenskiy
Vladimir Putin (sağda) və Volodymyr Zelenskiy

Kreml Nazarbaev-in təklifinə elə də həvəslə yanaşmayıb. Putinin sözçüsü Dmitry Peskov jurnalistlərə deyib ki, Moskva Rusiya-Ukrayna əlaqələrini “normal vəziyyətə” qaytarmaq istəyir, ancaq bunun baş verməsi üçün “Kiyev də qarşılıqlı addım atmalıdır”.

“Əlbəttə, Putin inanır ki, görüş xatirinə görüş çətin fayda versin və əvvəlcə buna hazırlaşmaq lazımdır… Hamımız Normandiya formatında danışıqlara hazırlaşırıq”, – Peskov vurğulayıb.

***

Nazarbaev Putin-Zelenskiy görüşü üzərində işlədiyini deyir

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbaev deyib ki, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodymyr Zelenskiy arasında ikitərəfli görüş üzərində işləyir.

Noyabrın 12-də Qazaxıstan paytaxtı Nur-Sultanda konfransda çıxış edən Nazarbaev qeyd edib ki, Zelenskiy belə bir görüşə razılıq verib, Putin isə bu haqda bilgiləndirilib.

Moskva 2014-cü ildə Ukraynanın Krım yarımadasını qanunsuz ilhaq edəndən Ukrayna-Rusiya münasibətləri gərgin olaraq qalır. Rusiya o vaxtdan Ukraynanın şərqindəki Luqansk və Donetsk regionlarında separatçıları da dəstəkləyir.

“Əgər onlara (Putin və Zelenskiyə) danışıqlar üçün neytral ərazi lazımdırsa, Qazaxıstanı təklif etmişəm”, – Nazarbaev deyib.

Rusiya Ukraynanın şərqində separatçıları dəstəkləmədiyini deyir. 2014-cü ildən münaqişədə 13 mindən çox ölən olub.

Nazarbaev-in idarəsi daha öncə bildirmişdi ki, keçmiş prezident Rusiya lideri ilə telefon söhbətində Putin-Zelenskiy sammitinin mümkünlüyünü müzakirə edib. Ancaq Nazarbaev-in Zelenskiy ilə bu məsələdən nə vaxt danışdığı bəlli deyil.

Noyabrın 11-də Putin Almaniya Kansleri Angela Merkel ilə telefon söhbətində Ukrayna, Rusiya, Fransa və Almaniya arasında sammit planlarını müzakirə edib. Bu haqda Kreml açıqlama yayıb. Amma Kreml Putin-Zelenskiy danışıqlarına toxunmayıb.

Normandiya formatı kimi tanınan dördtərəfli danışıqlar sonuncu dəfə 2016-cı ilin oktyabrında keçirilib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG