Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:06

Kreml Putinlə Trump-ın G20 sammitində görüşəcəklərini deyir


Donald Trump (sağda) və Vladimir Putin Argentina görüşü zamanı
Donald Trump (sağda) və Vladimir Putin Argentina görüşü zamanı

Kreml bildirib ki, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trump G20 qrupunun bu həftənin sonunda Yaponiyada keçiriləcək sammitində görüşəcəklər.

Bu da bildirilir ki, onlar silahlara nəzarət və İran da daxil, Yaxın Şərqdəki gərginliyi müzakirə edəcəklər.

Putinin müşaviri Yury Ushakov iyunun 26-da Moskvada müxbirlərə deyib ki, iki prezidentin görüşü iyunun 28-də Osaka şəhərində yer alacaq və liderlərin özlərindən asılı olaraq bir saatadək davam edəcək.

Bu görüşün razılaşdırıldığına dair ABŞ rəsmilərindən hələki məlumat olmayıb.

Hazırda Moskva və Vaşinqton arasında bir sıra məsələlərə görə fikir ixtilafı və hətta qarşıdurma mövcuddur.

Ötən fevralda ABŞ keçmiş SSRİ ilə 1987-ci ildə imzalanmış Ortamənzilli Raketlərə dair Müqavilədən çıxacağını bəyan edib. Vaşinqton Moskvanı yeni raket yaratmaqla müqavilənin şərtlərini pozmaqda ittiham edir.

Rusiya bu ittihamı rədd edir və bildirir ki, qısa adı INF olan bu müqaviləni o da tərk edəcək.

1987-ci ildə ABŞ və SSRİ arasında imzalanmış INF müqaviləsi tərəflərə 500 kilometrdən 5500 kilometrədək uçan raketlərin layihələndirilməsini, istehsalını və yerləşdirilməsini qadağan edir.

Putin və Trump bundan əvvəl ötən ilin noyabrında G20-nin Argentina sammitində qısa görüş keçiriblər. Ağ Ev bu görüşü “qeyri-rəsmi” adlandımışdı.

Əslində burada geniş danışıqlar nəzərdə tutulmuşdu. Lakin rəsmi görüş Rusiyanın Qara dənizdə Ukraynanın üç gəmisini tutmasına cavab olaraq ləğv edilmişdi.

Trump və Putin arasında 2018-ci ildə keçirilmiş sammit, xüsusilə də iki lider arasında qeyri-şəffaf təkbətək söhbətə görə Amerikada kəskin tənqid olunmuşdu. Görünür, bununla əlaqədar olaraq Ushakov deyib ki, Osaka görüşündə prezidentlərin yanında 3-4 rəsmi şəxs olacaq.

Putin Osakada habelə Britaniya baş naziri Theresa May, Türkiyə prezidenti Recep Tayyip Erdoğan və Səudiyyənin vəliəhd şahzadəsi Mohammad bin Salmanla görüşməlidir.

Putinin Fransa prezidenti Emmanuel Macron, Almaniya kansleri Angela Merkellə də görüşləri istisna olunmur.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG