Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:11

Trump Putinlə Argentina görüşünü ləğv etdiyini yazır


Son Trump-Putin sammit ötən iyulda Helsinkidə olub
Son Trump-Putin sammit ötən iyulda Helsinkidə olub

ABŞ prezidenti Donald Trump noyabrın 29-da Twitter-də yazıb ki, Rusiya prezidenti Vladimir Putinlə qarşıdan gələn G20 sammitinə planlaşdırılan görüşünü ləğv edir.

Trump bildirir ki, bu qərar Rusiyanın Ukrayna gəmilərini həbs etməsi ilə bağlıdır.

“Gəmilərin və dənizçilərin Rusiyadan Ukraynaya hələ də qaytarılmamasını nəzərə alaraq qərara gəldim ki, Argentinada prezident Vladimir Putinlə nəzərdə tutulan görüşümü ləğv etməyim əlaqədar tərəflərin hamısı üçün yaxşı olar.”

Noyabrın 30-da Argentinada başlanan G20 sammitinə yollanmazdan əvvəl ABŞ prezidenti deyib ki, “bu situasiya həll olunduqdan sonra daha bir mənalı sammitin keçiriləcəyini gözləyir”.

Rusiya prezidentinin sözçüsü Dmitry Peskov deyib ki, Kreml Argentinada keçirilməsi planlaşdırılan görüşün ləğv edilməsi barədə heç bir rəsmi məlumat almayıb. O deyib ki, Vladimir Putin G20 sammitində iştirak edəcək:

"Biz Argentinaya uçuruq. İndiyədək, biz yalnız tviti və mediadakı xəbərləri görmüşük. Rəsmi məlumatımız yoxdur”.

Ötən həftə Rusiya qüvvələri ilhaq olunmuş Krımın sahillərində Ukrayna gəmilərinə atəş açaraq üç gəmini və 24 dənizçini saxlayıblar.

Noyabrın 26-da ABŞ dövlət katibi Mike Pompeo demişdi ki, Rusiyanın Ukrayna gəmilərini tutması “təhlükəli eskalasiya və beynəlxalq qanunun pozulmasıdır”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG