Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Sentyabr, çərşənbə, Bakı vaxtı 13:40

Putin və Lukaşenka üzbəüz görüşəcəklər


Alyaksandr Lukashenka (solda) və Vladimir Putin (Foto arxivdəndir)

Rusiya və Belarus prezidentləri Vladimir PutinAlyaksandr Lukaşenka gələn həftə Belarus prezident sçkisindən bəri ilk dəfə olaraq üzbəüz görüş keçirəcəklər.

Bu, iki prezident arasında Belarusda Lukaşenkanın istefasını tələb edən kütləvi etiraz aksiyalarının başlandığı vaxtdan bəri ilk belə görüş olacaq.

Belarus müxalifəti Lukaşenkanın avqustun 9-da saxtakarlıqla prezident seçildiyini bildirir.

Avropa İttifaqı bu seçkinin nəticələrini tanımadığını bəyan edib.

Kremlin sözçüsü Dmitri Peskov sentyabrın 11-də deyib ki, iki lider Rusiyanın Qara dəniz sahilindəki kurort şəhəri Soçidə sentyabrın 14-də görüşməlidir.

Peskov deyib ki, prezidentlər enerji əməkdaşlığı və ikitərəfli bağlar məsələsini müzakirə edəcəklər.

Belarusda avqustun 9-da keçirilmiş prezident seçkisinin rəsmi nəticələri elan ediləndən bəri ölkəyə 26 ildir ki, rəhbərlik edən Lukaşenkanın istefasını tələb edən nümayişlər ara vermir.

Etirazların gedişində minlərlə nümayişçi saxlanıb, yüzlərlə fəal döyülüb.

Aksiyalar Belarus şəhərlərini bürüyüb

Müxalifətin prezidentliyə əsas namizədi Svyatlana Tsixanouskaya iddia edir ki, o seçkidə səslərin 60-70 faizini yığaraq Lukaşenkaya qalib gəlib.

Tsixanouskaya seçkidən sonra Litvaya getməli olub. Bəzi müşahidəçilər onun buna məcbur edildiyini bildirirlər. Onun əri hələ də Minskdə həbsxanada saxlanır.

Sentyabrın 11-də Minskdəki məhkəmələrdən birinin qarşısında aksiya keçirən azı 9 nəfər saxlanıb. Bu məhkəmədə fəhlələr tətil etmək hüquqlarını müdafiə edirdilər.

Polis habelə Belarusun Vitebsk, Qomel və Baranoviçi şəhərlərində etirazçıları saxlayıb.

Repressiyalar əks-nəticə verir

Minskdəki Vesna insan haqları mərkəzi bildirir ki, hakimiyyət bu saxlanmalarla həftəsonu gözlənilən böyük nümayişin qarşısını almağa çalışır.

Mərkəzin rəhbəri Ales Byalyatski deyib ki, hakimiyyətin etirazları yatırmaq cəhdləri əks-nəticə verir.

Belarus seçkisindən əvvəl Lukaşenka Rusiyanı kəskin tənqid edir, onu seçkiyə müdaxilə cəhdlərində günahlandırıdı.

Rusiya prezidenti Vladimir Putin Belarusdan daha sıx inteqrasiya tələb edir.

Aralarındakı narazılığa baxmayaraq Putin, hakimiyyətini qoruyub saxlamağa çalışan Lukaşenkanı dəstəkləyir.

Lukaşenka Belarusda müxalifətin Koordinasiya Şurası ilə danışıqlardan imtina edir.

Bu şura ilə görüşdən Rusiyanın xarici işlər naziri Sergey Lavrov da imtina edib.

Şuranın rəyasət heyətinin 7 üzvündən demək olar ki, hamısı ya həbsxanadadır, ya da xaricə qaçmağa məcbur edilib.

Şərhlər

XS
SM
MD
LG