Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:34

Putin və Lukaşenka 6 saat söhbət ediblər


Vladimir Putin (sağda) və Alyaksandr Lukaşenka
Vladimir Putin (sağda) və Alyaksandr Lukaşenka

Rusiya və Belarus prezidentləri Vladimir PutinAlyaksandr Lukaşenka fevralın 22-də Qara dəniz sahilindəki Soçidə 6 saat müddətində danışıqda olublar.

Müşahidəçilər qeyd edirlər ki, bu danışıqlar hər iki liderin etirazlarla üzləşdiyi bir vaxtda keçirilib.

Xəbər verilir ki, Putin və Lukaşenka danışıqlardakı fasilə zamanı xizək sürməyə gediblər.

Kremlin verdiyi məlumatda deyilir ki, danışıqların əsas mövzusu Rusiya-Belarus intqerasiyası və “strateji partnyorluq” barədə idi.

Görüşün jurnalistlər üçün açıq olan hissəsində Rusiyanın Belarusu koronavirusa qarşı vaksinlə təchiz edəcəyi bildirilib.

Rusiya mediası Lukaşenkaya istinadən yazır ki, iki ölkə arasında “33 inteqrasiya xəritəsindən icra olunmayan yalnız 5, 6 və bəlkə də 7-si qalıb”.

İkisini də sanksiyalar gözləyir

Lukaşenka bundan əvvəlki çıxışlarında Belarus və Rusiya arasında inteqrasiyanın Minskin müstəqilliyinin itirilməsi olmadığını deyib.

Amma Belarusda ona qarşı 7 aydır ki, davam edən etirazlardan sonra Lukaşenka Putinlə görüşdə daha zəif görünür.

Təhlilçilər diqqəti belə bir məqama çəkirlər ki, iki lider Avropa İttifaqının Moskva və Minskə qarşı yeni sanksiyalar hazırladığı vaxta təsadüf edir.

Lukaşenka və Putin xizək də sürüblər
Lukaşenka və Putin xizək də sürüblər

Avropa İttifaqı bundan əvvəl prezident seçkisinin saxtalaşdırılması, etirazçılara divan tutulması ilə bağlı Belarusa qaşı sərt sanksiyalar elan edib.

Putin və Lukaşenka son dəfə ötən ilin sentyabrında görüşmüşdülər. Onda Moskva Minskə 1.5 milyard dollarlıq yardım krediti verəcəyini bildirmişdi.

Bununla yanaşı Rusiya Lukaşenkadan 20 il bundan əvvəl imzaladığı müqaviləyə əməl olunmasını tələb edir.

Rusiya və Belarus arasında 1999-cu ildə imzalanmış ittifaq dövləti müqaviləsi əsasən kağız üzərində qalıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG