Keçid linkləri

Təcili xəbərlər
2021, 09 Mart, çərşənbə axşamı, Bakı vaxtı 02:40

43 belarusluya viza qadağası qoyuldu


Katsyaryna Andreyeva və Darya Çultsova məhkəmədə

Birləşmiş Ştatlar yüksək çinli məmurlar daxil olmaqla 43 belarusluya viza qadağası qoyub, onların ölkə demokratiyasına “zərbə üçün cavabdehlik daşıdığını” bildirib.

Dövlət katibi Entoni Blinken fevralın 18-də bildirib ki, Vaşinqton avtoritar lider Alyaksandr Lukaşenkanın idarə etdiyi ölkədə “dinc etirazçılara, demokratiya tələb edən fəallara və jurnalistlərə zorakılıqla divan tutulması”ndan narahatdır.

Fevralın 16-da “Vyasna” insan haqları təşkilatı, Belarus Jurnalistlər Assosiasiyası, müstəqil həmkarlar ittifaqına reydlərin “özəlliklə narahatlıq” doğurduğu bildirilir. Fevralın 18-də isə jurnalistlər Katsyaryna AndreyevaDarya Çultsova məhkum ediliblər. Onlar “ictimai asayişi pozmağa yönəlik ictimai tədbirlərin təşkili”ndə günahkar bilinsələr də, ittihamı siyasi motivli adlandırıblar.

Belarusda Lukaşenka 9 avqust seçkisinin qalibi elan olunandan ölkədə etirazlar davam edir. Müxalifət seçkinin saxtalaşdırıldığını deyir. Bir neçə etirazçı toqquşmalarda öldürülüb, minlərlə saxlanan olub.

Şərhlər

XS
SM
MD
LG