Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:48

Putin “Donetsk və Luqansk pasportlarını” tanıdı?


Russia -- Russian President Vladimir Putin attends a joint press conference with his Slovenian counterpart following their talks at the Kremlin in Moscow, February 10, 2017
Russia -- Russian President Vladimir Putin attends a joint press conference with his Slovenian counterpart following their talks at the Kremlin in Moscow, February 10, 2017

Rusiya prezidenti Vladimir Putin Ukrayna vətəndaşlarına və vətəndaşlığı olmayanlara Ukraynanın Donetsk və Luqansk vilayətlərinin bəzi rayonlarının ərazisindıə verilmiş sənədlərin Rusiya Federasiyasında tanınması barədə fərman imzalayıb.

“Donetsk və Luqansk vilayətlərində daimi yaşayan Ukrayna vətəndaşlarına və vətəndaşlığı olmayan şəxslərə verilmiş sənədlərin və nəqliyyat vasitələri qeydiyyat nömrələrinin Rusiya Federasiyasında tanınması haqqında” adlanan fərmanda pasportların adı çəkilməsə də, Ukrayna mediası bu fərmanı “qanusuz LXR və DNR-in pasportlarının tanınması” kimi şərh edib.

Fevralın 18-i tarixli fərmanın bütün dünyada tanınan humanitar prinsiplərə və beynəlxalq qanunlara uyğun verildiyi bildirilir.

Sənəddə deyilir ki, fərman Donetsk və Luqansk vilayətlərinin bəzi rayonlarındakı vəziyyət Minsk razılaşmaları əsasında normallaşanadək müvəqqəti qüvvədə olacaq.

Rusiyada tanınanacaq sənədlərin siyahısına – “faktiki olaraq fəaliyyətdə olan orqanlar tərəfindən”verilmiş şəxsiyyəti təsdiqləyən, təhsil və ixtisas, doğum, nikah və ölüm barədə şəhadətnamələr, habelə nəqliyyat vasitələrinin qeydiyyatına dair sənədlər daxildir.

Bundan əlavə bu iki vilayətin müəyyən rayonlarında yaşayan Ukrayna vətəndaşlarına və ya vətəndaşlığı olmayanlara Rusiya Federasiyasının ərazisinə vizasız gediş-gəliş rejimi tanınır.

Fərman verildiyi gündən qüvvəyə minib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG