Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:47

Putinin Şərqi Almaniya məxfi xidmətindəki vəsiqəsi tapılıb


Vladimir Putinin Ştazi vəsiqəsi
Vladimir Putinin Ştazi vəsiqəsi

Rusiya prezidenti Vladimir Putinin bir vaxtlar Almaniya Demokratik Respublikası adlandırılan Şərqi Almaniya məxfi xidmətinin xəfiyyəsi olduğunu göstərən vəsiqə Drezden şəhərinin arxivində aşkar edilib.

Putin 1980-ci illərdə Drezdendə DTK zabiti kimi xidmət edib.

Almaniyanın Bild qəzeti dekabrın 11-də mayor Vladimir Putinə verilmiş vəsiqənin fotosunu dərc edib. Vəsiqənin üstündəki möhürdən onun 1989-cu ilin sonlarınadək etibarlı olduğu görünür.

Bu vəsiqə keçmiş Almaniya Demokratik Respublikasının həm də Ştazi adı ilə tanınan Dövlət Təhlükəsizliyi Nazirliyinin “kadrlar və təhsilə” aid sənədlərinin arasından tapılıb.

Ştazi arxivlərinin Drezden filialına rəhbərlik edən Konrad Felber deyib ki, bu vəsiqə Putinə Ştazinin ofislərinə maneəsiz daxil olmaq imkanı verirdi.

Felber əlavə edib ki, bu həm də Putinin almanları DTK-nın adını çəkmədən casusluq işi üçün ələ almasını asanlaşdırırdı.

Felber bunu da deyib ki, vəsiqə Putinin birbaşa olaraq Ştaziyə işlədiyi demək deyil.

Keçmiş yerlər: Putin 2006-cı ildə Drezdendə
Keçmiş yerlər: Putin 2006-cı ildə Drezdendə

Moskvada Kremlin sözçüsü Dmitry Peskov deyib ki, Putinin Ştazi vəsiqəsinə malik olması mümkündür:

"DTK və Ştazi tərəfdaş xidmətlər idilər. Buna görə də onların arasında kimliklərin mübadiləsini istisna etmək qeyri-mümkündür”.

Putin 1980-ci illərdə DTK zabiti kimi özünün ilk xarici missiyasına – bura, sosialist Şərqi Almaniyasının Drezden şəhərinə göndərilmişdi.

O burada özünün keçmiş arvadı Lyudmila Putina ilə beş il yaşamış və ikinci qızı 1986-cı ildə burada doğulmuşdu.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG