Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:15

Putin:Skripal sadəcə casus,vətən xainidir


Vladimir Putin
Vladimir Putin

Rusiya prezidenti Vladimir Putin keçmiş rusiyalı kəşfiyyatçı Sergei Skripalı “vətən xaini” və “alçaq” adlandırıb.

O, oktyabrın 3-də Moskvada keçirilən iqtisadi forumda Skripala görə Rusyaya qarşı tətbiq edilmiş sanksiyalarla bağlı sualları cavablandırıb.

“Bəziləri Skripalı az qala hüquq müdafiəçisi adlandırırlar.O sadəcə casusdur,vətən xainidir”, Vladimir Putin deyib.

Putinin sözlərinə görə, Sergey Skripal və qızı Yuliya ətrafındakı qalmaqal süni şəkildə şişirdilir.

Foto arxiv
Foto arxiv

Putin bir daha Rusiyanın bu məsələdə əli olmadığını bildirib.

“Hansısa kişilər gələrək Britaniyada evsizləri zəhərliyiblər? Bu nə sayıqlamadır?” Putin deyib.

Putin bunu deyərkən Britaniya vətəndaşı Don Stercessin (Dawn Sturgess) Solsberidə “Noviçok” maddəsindən zəhərlənərək ölməsini nəzərdə tutub.

Britaniyalı ekspertlər belə qənaətə gəliblər ki, rusiyalı agentlər Sergey Skripalı zəhərləyərkən “Noviçok” maddəsindən istifadə ediblər.

Putin bundan əvvəl Londonun bu işdə şübhəli bildiyi “Aleksandr Petrov” və “Ruslan Boshirov”u “mülki şəxslər” adlandırıb və burda “cinayət” əməli olmadığını bildirmişdi.

Aleksandr Petrov və Ruslan Boshirov
Aleksandr Petrov və Ruslan Boshirov

Buna da bax: ‘Noviçok şübhəlisinin’ fotosu hərbi akademiyanın divarından asılıb?

Amma müxtəlif jurnalist araşdırmalarına görə, bu insanlar Rusiya kəşfiyyatının əməkdaşları ola bilərlər.

“Bellingca” qrupu xüsusilə hesab edir ki, Boshirov adlanan adam rusiyalı polkovnik Anatoliy Çepiqadır.

Martın əvvəlində Sergey Skripal və qızı, Yulia Solsberidə skamyada huşsuz vəziyyətdə tapılıblar. Amma xəstəxanada bir neçə həftəlik müalicədən sonra buraxılıblar.

İyunda isə britaniyalı Dawn Sturgess zəhərin tullantısı ilə təmasda olandan sonra ölüb, dostu isə xəstəxanaya düşüb.

Sentyabrın 5-də Britaniya iki rusiyalıya ittihamlar irəli sürüb. Polis şübhəlilərin fotolarını yayıb.

XS
SM
MD
LG