Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:32

‘Noviçok şübhəlisinin’ fotosu hərbi akademiyanın divarından asılıb?


Polkovnik Chepiga-nın şərəf lövhəsindəki şəkli (solda) və Noviçok şübhəlisi Boshirov
Polkovnik Chepiga-nın şərəf lövhəsindəki şəkli (solda) və Noviçok şübhəlisi Boshirov

Rusiyadakı hərbi akademiyalardan birinin divarından asılmış şəkil İngiltərədə keçmiş casus Sergei Skripal və onun qızını Noviçok adlı maddə ilə zəhərləməkdə ittiham olunan şəxsin Rusiya kəşfiyyatının zabiti olduğuna dair ehtimali daha da gücləndirib.

Oktyabrın 2-də AzadlıqRadiosu Rus xidmətinin və açıq mənbələr vasitəsilə təhqiqat aparan Bellingcat təşkilatının saytlarında dərc edilmiş bu foto Britaniya hakimiyyət orqanlarının Ruslan Boshirov kimi müəyyən etdikləri şübhəlinin həqiqi kimliyinə bir qədər də aydınlıq gətirib.

Britaniya hakimiyyət orqanları Boshirov-u və onunla birlikdə ötən mart ayında İngiltərənin Solsberi şəhərinə səfər etmiş Aleksandr Petrovu Skripalların zəhərlənməsində əsas şübhəli kimi tanıyıb.

Adları mediaya çıxdıqdan sonra sözü gedən bu iki nəfər Rusiyanın dövlət tərəfindən maliyyələşdirilən RT telekanalına çıxmışdı.

Onlar İngiltərəyə turist kimi getdiklərində israr edirdilər.

Lakin Bellingcat təşkilatının topladığı pasport sənədlərindən bu iki nəfərin Rusiyanın “GRU” kimi tanınan Baş Kəşfiyyat İdarəsinə mənsub olduqlarını göstərirdi.

Bundan sonra üzə çıxmışdı ki, Boshirov kimi tanınan şəxs əslində Rusiya Federasiyasının qəhrəmanı, Uzaq Şərqdəki Hərbi Akademiyanın məzunu və GRU polkovniki Aleksandr Chepiga ola bilər.

Bunun ardınca Chepiga-nın doğma şəhərindən olan bəzi sakinlər Rusiya və Qərb mediasına yeni məlumatlar veriblər.

AzadlıqRadiosu və Bellingcat bunun vasitəsilə Chepiga-nın fotosunun akademiyanın divarından asıldığını aşkar edib.

2014-cü illə 2016-cı il arasında postlanmış fotolardan biri Chepiga adlandırılıb. Bu fotodakı şəxs RT-nin müsahiblərindən biri olan Boshirov-a oxşayır.

Rusiya XİN-in sözçüsü Maria Zakharova Chepiga barədə iddiaları “anti-Rusiya kampaniyasının” bir hissəsi adlandırıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG