Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:57

Putin 2018-də namizədliyini verib-verməyəcəyini ‘hələ bilmir’


Vladimir Putin daha 6 il müddətinə dövlət başçısı olmaq məqsədilə 2018-ci ilin martında keçiriləcək prezident seçkisində iştirak edib-etməyəcəyi barədə qəti bəyanat verməkdən imtina edib.

Mayın 15-də Pekində kerçirilən tədbirdə Putin “Komsomolskaya Pravda” qəzeti müxbirinin “namizədliyinizi verib-verməyəcəyinizi artıq bilirsinizmi” sualına “yox” cavabı verib.

64 yaşlı Putin baş nazir və ya prezident rolunda ölkəyə 1999-cu ildən rəhbərlik edir.

Onun bu seçkidə iştirak edəcəyi, əlbəttə,gözlənilir, üstəlik hazırkı siyasi populyarlığı və media üzərində tam nəzarəti ona bu seçkidə inamla qalib gəlmək üçün bütün şansları verir.

Rusiya parlamentində hakim fraksiya olan Vahid Rusiya hazırda seçkinin bir həftə əvvələ - 2018-ci ilin 18 martına keçirilməsi üçün qanunvericilik aktının hazırlanması ilə məşğuldur. Həmin gün Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasının ilhaq olunduğunu günü qeyd edəcək.

Antikorrupsiya fəalı və müxalifət lideri Aleksey Navalnı prezident seçkisinə namizədliyini verəcəyini bəyan edib, lakin o, üzərinə Kremlin tapşırığı ilə qoyulmuş cinayət məsuliyyətinə görə seçkiyə buraxılmaya bilər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG