Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 20:32

Putin Macron-a Moskvada ‘sarı jilet’ etirazlarını istəmədiyini deyir


Prezidentlər Vladimir Putin (solda) ə Emmanuel Macron avqustun 19-da görüşüblər
Prezidentlər Vladimir Putin (solda) ə Emmanuel Macron avqustun 19-da görüşüblər

Rusiya prezidenti Vladimir Putin deyib ki, ötən ilin sonlarında Fransa şəhərlərini bürümüş “sarı jilet” etirazlarına bənzər aksiyaların Moskvada təkrarlanmasını istəmir.

Beləliklə də Putin avqusyun 19-da Fransa prezidenti Emmanuel Macron-la onun Fransanın cənubundakı yay iqamətgahında keçirilən görüşdə ilk dəfə olaraq Moskvada həftələrdir davam edən etirazlara reaksiya verib.

Moskvada iyun ayından bəri davam edən aksiyalarda adamlar müstəqil və müxalifət nümayəndələrinin sentyabrın 8-də keçiriləcək Moskva Duması seçkisi üçün namizədliyinin qeydə alınmamasına etiraz edirlər.

Bu aksiyalardan bəzisi zamanı polis etirazçılara qarşı aşırı zordan istifadə edib.

Lakin Putin müxbirlərə deyib ki, nümayişçilər qanunlara əməl etməlidirlər və bu qanunları pozanlar məsuliyyətə cəlb olunacaqlar.

Lakin Macron Putinə deyib ki, Rusiya “etiraz, ifadə, mövqe və seçkilərdə iştirak hüququ da daxil demokratik prisnsiplərə əməl etməlidir”.

Fransa prezidenti Putinə deyib ki, “mən Avropa Rusiyasına inanıram”.

Bir aydan artıqdır ki, Moskvada keçirilən aksiyaların əsnasında “kütləvi iğtişaşlarla” bağlı cinayət işləri qaldırılıb.

Rusiya müxalifəti, habelə mütərəqqi politoloqlar və bir çox məşhurlar Moskvada heç bir kütləvi iğtişaşın olmadığını deyirlər.

İndiyədək 14 nəfərə qarşı cinayət işi qaldırılıb. Polis 2000-dək etirazçını saxlayıb.

Rusiyada seçki etirazçılarına qarşı polis zorakılığı Fransa da daxil, Qərb hökumətləri tərəfindən pislənib.

Moskvada hər həftə keçirilən etiraz mitinqləri 2011-2013-cü ildən bəri ən izdihamlı aksiyalardır.

XS
SM
MD
LG