Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 14:18

Putin əyalətlərdəki qubernatorlara 'əl gəzdirir'


Arxiv fotosu

Rusiyanın əyalətlərindəki köklü dəyişikliklər nə ilə bağlıdır?

Cümə axşamı – oktyabrın 5-də Rusiya prezidenti Vladimir Putin Oryol vilayətinin qubernatoru Vadim Potomsky-ni vəzifəsindən kənarlaşdırıb. İndi onun səlahiyyətlərini müvəqqəti olaraq Moskva şəhər dumasının Kommunist Partiyasından (KPRF) olan deputatı Andrei Klychkov icra edəcək. Məlumatı Kremlin mətbuat xidməti yayıb.

Bundan az öncə isə Primorye diyarının qubernatoru Miklushevski də vəzifəsindən kənarlaşdırılıb.

Buna da bax:​ Putinin keçmiş dostu indi Rusiyadan 6 milyard təzminat istəyir

NÖVBƏ GÖZLƏYƏN “QURBANLAR”

İndi region rəhbərlərinin yuxusu qaçıb. Təkcə sentyabrda Nenetsk muxtar vilayəti, Krasnoyarsk diyarı, Dağıstan, Nijni Novqorod və Samara vilayətlərinin başçıları vəzifələrindən uzaqlaşdırılıb.

Beləliklə, KİV-lərin Kremlin, ən azı, 10 region rəhbərini dəyişdirəcəyi haqda proqnozları reallığa çevrilir. Növbəti "qurbanlar" növbələrini gözləyirlər.

Rusiya prezidentinin mətbuat katibi Dmitry Peskov deyir ki, qubernatorların dəyişdirilməsi tamamilə normal və gözlənilən prosesdir.

«Prezident hesab edir ki, yeni kadrlar gənc olmalarına baxmayaraq, artıq topladıqları potensialı rəhbərlik etdikləri regionlarda reallaşdırmağa qadirdirlər», – Peskov deyib.

Buna da bax:​ Medvedev: 'Seçkinin nəticələri 'Vahid Rusiya' üçün 'çox yaxşı' olub'

"Le Figaro"nun Moskva müxbiri hesab edir ki, yeni favoritləri təyin edərkən Putin-in əsas meyarı onun növbəti müddətə seçilməsini təmin etmək bacarığıdır.

QUBERNATORLARIN “TƏMİZLƏNMƏSİ” GEDİR

«Vıbor Rossii» ("Rusiyanın seçimi") hərəkatının lideri Vladimir Ryzhkov da hesab edir ki, Putinin qubernator korpusunu kütləvi dəyişməsi gələn ilin martında keçiriləcək prezident seçkiləri ilə bağlıdır.

«Kreml ayrı-ayrılıqda hər region üzrə sosioloji sorğuların nəticələrini çox diqqətlə izləyir və bir çox yerlərdə əhalinin qubernatorlara etimadının ...aşağı olmasından son dərəcə narahatdır. Çox pis sosial-iqtisadi durum fonunda etiraz əhval-ruhiyyəsi yaranır, əhalinin narazılığı artır. Ona görə də rəğbətlə qarşılanmayan qubernatorların «təmizlənməsi» gedir», – Ryzhkov "Amerikanın Səsi"nə müsahibəsində deyib.

Ekspertin sözlərinə görə, mövcud yazılmamış qanuna görə, hər bir yeni siyasi fiqur ilk vaxtlarda müəyyən etimad kreditinə malik olur.

Buna da bax:​ Rusiyada vəzifəlilərə qarşı qanun layihəsi

«Amerikada bu, məşhur "Yüz gün" məsələsidir. Bu müddətdə yeni prezident güclü tənqid edilmir, ona özünü göstərmək imkanı verilir. Burada da belədir. Prezident seçkilərinədək şərti yüz gün ərzində Kreml regionlarda ən az sevilən fiqurlardan yaxa qurtararaq yeni adamlar təyin etməyə, bununla da onlara Putin-in seçki kampaniyasını uğurla keçirmək və 2018-ci ilin martında onu rahatca seçməkdən ötrü etimad krediti verməyə çalışır», - o deyir.

MƏNFİ DƏYİŞİKLİKLƏR

Ancaq müxalif siyasətçi deyir ki, hakimiyyətin bu metodları regionların həyatında mənfi dəyişikliklərə yol açacaq:

«Çünki bu gün yuxarıdan təyin edilənlərin çoxunun rəhbərlik etməli olduqları regionlarla, ümumiyyətlə, heç bir əlaqəsi yoxdur. Məsələn, Dağıstanın rəhbəri təyin edilmiş Vladimir Vasilyev (Dövlət Dumasında «Yedinaya Rossiya» fraksiyasının rəhbəri) kimi. Nəticədə belə çıxır ki, təzə adam regionu, yerli elitaları və sakinlərin maraq qruplarını yerli-dibli bilmir, orada qeyri-formal əlaqələrin, o cümlədən, qeyri-formal biznes əlaqələrinin necə qurulduğunu anlamır».

Buna da bax:​ Çar general-qubernatorundan bəri Dağıstana ilk dəfə rus başçılıq edəcək

Ryzhkov deyir ki, yeni canişinlər ilk növbədə öz regionlarının inkişafına yox, Moskvanın əmrlərinə fokuslanacaqlar. Buna görə o hesab edir ki, həmin regionlarda idarəçilik zəifləyəcək, "amirlik, inzibati özbaşınalıq artacaq".

“DİKTATOR REJİMLƏRİ BELƏ ÖLÜR”

«Siyasi ekspert qrupunun» rəhbəri Konstantin Kalachev-sə güman edir ki, dəyişikliklər «elitadaxili münaqişələr və idarəçiliyin itirilməsi» ilə bağlıdır. O hesab edir ki, «qubernatorlar yerlərdə vəziyyəti tam idarə edə bilmirlər».

«Ümumi qanunlar var – yenilənməyə, dəyişikliyə, rotasiyaya tələbat var. Prezident seçkilərindən öncə rotasiya isə regionlarda sosial rifahın yaxşılaşmasına kömək edir və prezidentin əhalinin ...hələ ümid bəslədiyi adamlarla seçkiyə getməsinə imkan verməlidir. Ona görə də qubernatorların reytinq və antireytinqinə, onların yerli elitalarla, təsir qrupları ilə münasibətlərinə, onların federal səviyyədə dəstəklənib-dəstəklənməməsinə, son seçki kampaniyalarının necə keçirilməsinə, region rəhbərinin öz ərazisində duruma necə nəzarət etməsinə baxmaq lazım idi», – Kalachev deyir.

Buna da bax:​ Saakashvili:"Putin sonda beynəlxalq təcrid vəziyyətə düşəcək"

Bununla yanaşı, Kalachev hesab edir ki, yeni təyin olunanlardan bəzilərinin siyasi təcrübəsi az olsa da, Kremlin bu dəyişikliklərlə bağlı üzləşə biləcəyi risklər minimaldır.

Ancaq «İctimai ekspertiza» fondunun rəhbəri Igor Yakovenko bu mənada onunla razı deyil:

«İndi Putinin kadr siyasətində baş verənlər, böhran anında regionun öhdəsindən gələ bilməyəcək insanların təyin edilməsi heç bir məntiqə sığmır. Aydındır ki, region rəhbərliyinə irəli sürülən bu "gənc texnokratlar" ...hansısa kolbada yetişdirilmiş ştamp xarakteri daşıyır. Bu aparatçiklər sabitsizlik anında üzə çıxan sınaqlara nəzarət edə bilməyəcəklər...

Sovet İttifaqı da belə ölüb. Faşist tipli bütün avtoritar diktator rejimləri belə ölür. Heç nə dəyişməyib», - o deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG