Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:25

Putin Qırğızıstandakı Rusiya bazasının genişləndirilməsinə qərar verib


Rusiyanın Qırğızıstandakı Kant hərbi hava bazası
Rusiyanın Qırğızıstandakı Kant hərbi hava bazası

Rusiya prezidenti Vladimir Putin dekabrın 26-da Dövlət Dumasına müzakirə üçün protokol təqdim edib.

Bu protokol Rusiyanın Qırğızıstandakı hərbi bazasında pilotsuz təyyarələrin və ya dronların yerləşdirilməsini nəzərdə tutr.

Bu protokol bu il martın 28-də Bişkekdə imzalanıb.

Dövlət Dumasının saytında bildirilir ki, sözü gedən sənəd Rusiya və Qırğızıstan qanunvericiliyi arasında dronlara aid müddəaların uyğunsuzluqlarını aradan qaldırmalıdır.

Burada söhbət əsasən Rusiya pilotsuz təyyarələrinin Qırğızıstan üzərində maneəsiz uçuşundan gedir.

Protokolda habelə Rusiya tərəfinin Qırğızıstandakı hərbi bazadan istifadəsinin illik icarə haqqı göstərilib.

Bu protokola əsasən Rusiya bazadan istifadə üçün Qırğızıstana ildə 4 milyon 794 min dollar ödəməlidir.

Bundan əvvəl Rusiya Qırğızıstan ərazisindəki bazanın icarəsi üün dəfələrlə az pul ödəyirdi.

Amma bu da qeyd olunur ki, yeni protokol Rusiya hərbi bazasının yerləşdiyi ərazinin böyüdülməsini nəzərdə tutur. Yeni razılaşmaya görə Rusiya bazasının ərazisi 58 hektara çatdırılmalıdır.

Rusiya Qırğızıstandakı Kant hərbi aerodromundan istifadə edir. Moskva bildirir ki, bu baza Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının çevik əməliyyat qüvvələrinin əsas istehkamıdır.

Bu aerodromdakı 20022 nömrəli hərbi hissədə 500 Rusiya hərbçisi xidmət edir.

Bazada Su-25 qırıcıları və Mi-8 helikopterləri yerləşdirilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG