Keçid linkləri

2024, 20 May, Bazar ertəsi, Bakı vaxtı 03:35

Putinlə Paşinyan yenə telefonla danışıblar


Vladimir Putin (sağda) və Nikol Paşinyan
Vladimir Putin (sağda) və Nikol Paşinyan

Ölkə liderləri bir-birini ikitərəfli dostluq, əməkdaşlıq və qarşılıqlı yardım sazişinin imzalanmasının 25 illiyi münasibətilə təbrik ediblər

Avqustun 29-da Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon söhbəti olub.

Tərəflərin bir sıra ikitərəfli məsələləri, eyni zamanda Qarabağdakı vəziyyəti müzakirə etdiyi bildirilir. 2020-ci ilin 9 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli üçtərəfli razılaşmaların reallaşmasının vacibliyi vurğulanıb.

Ölkə liderləri bir-birini ikitərəfli dostluq, əməkdaşlıq və qarşılıqlı yardım sazişinin imzalanmasının 25 illiyi münasibətilə təbrik ediblər.

Kremlin mətbuat katibi Dmitri Peskov planlaşdırılan telefon söhbəti haqda öncədən məlumat vermiş, avqustun 29-nu Rusiya və Ermənistan üçün çox vacib gün adlandırmışdı: “25 il öncə ölkələrimiz arasında dostluq sazişi imzalanıb”.

Putinlə Paşinyan avqustun 24-də də telefon söhbətində Qarabağdakı vəziyyəti müzakirə ediblər.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. 9 noyabr atəşkəs bəyanatına uyğun olaraq regiona Rusiya hərbi kontingenti yerləşdirilib.

Tərəflərin daha sonra əldə etdiyi razılaşmalar regionda kommunikasiya əlaqələrinin bərpasını nəzərdə tutur.

Son iki ildə Qarabağda atəşkəs dəfələrlə pozulub, hər iki tərəf itki verib. Azərbaycan və Ermənistan atəşkəsin pozulmasına görə bir-birini ittiham edib.

Avqustun 31-də Azərbaycan Prezidenti İlham Əliyev Paşinyan ilə Brüsseldə görüşməlidir. Bundan bir gün öncə isə sərhədlərin delimitasiyası üzrə komissiyanın Moskvada iclası planlaşdırılır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG