Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:57

Putin raket partlayışının detallarını açmır


Vladimir Putin avqustun 21-də Helsinki-Vantaa hava limanında
Vladimir Putin avqustun 21-də Helsinki-Vantaa hava limanında

Rusiya prezidenti Vladimir Putin deyib ki, avqustun 8-də ölkənin şimalındakı hərbi bazada yer almış hadisə silah sistemlərinin sınağı zamanı baş verib. Lakin Putin hadisənin detallarına varmayıb.

O deyib ki, bu hadisənin təfərrüatlaırnı təhlükəsizlik mülahizələri ilə açıqlaya bilməz.

Avqustun 21-də Finlandiyada bu ölkənin prezidenti Sauli Niinisto ilə görüşən Putin deyib ki, hadisə zamanı bütün montorinq xidmətləri işləyib və radiasiya səviyyələri normal olub. O bildirib ki, eyni sözləri qonşu ölkələr haqqında da deyə bilər.

Putin bunu da deyib ki, gələcəkdə baş verə biləcək belə hadisələr zamanı informasiyanın paylaşılması Avropa üçün son dərəcə mühümdür.

Rusiyanın Arxangelsk vilayətində baş vermiş hadisə zamanı 5 nəfər həlak olmuş və bir neçə nəfər yaralanmışdı.

Bunun ardınca fövqəladə hallar rəsmiləri bölgədə radiasiya səviyyəsinin kəskin artdığını bildirmişdilər.

Ağ dənizdə həm gəmi tərsanəsi portu, həm də vilayət mərkəzi olan Arxangelskdəki buxta dənizçilik və balıçılıq üçün bağlı elan edilmişdi.

Bu ətrafa zəhərli raket yanacağının səpələndiyi bildirilirdi.

Bu da xəbər verilirdi ki, gəmiqayırma şəhəri olan Severodvinskdə adamlar vahimə içində yod həbləri alırdılar.

Yod həblərindən adətən radiasiyasının bir sıra növlərinin qalxanabənzər vəzə təsirini neytrallaşdırmaq üçün istifadə edilir.

Putin avqustun 19-da demişdi ki, Nyonoksa məntəqəsində baş vermiş partlayış zəhərlənmə təhlükəsi yaratmayıb.

Severodvinsk yaxınlığında yerləşən Nyonoksa kəndindən qitələrarssı ballistik raketlər də daxil gəmi raketlərinin sınaqları üçün poliqon kimi istifadə olunur.

Bəzi ABŞ rəsmiləri inanırlar ki, partlayan raketdə radioaktiv elementlər olub və söhbət Putinin ötən il hazırlanmasını elan etdiyi nüvə mühərrikli raketdən gedir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG