Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:53

Putin Birinci Dünya Müharibəsinin 100 illiyi mərasiminə qatılacaq


Rusiya prezidenti Vladimir Putin Birinci Dünya Müharibəsinin başa çatmasının 100 illiyi ilə bağlı gələn ay Parisdə keçiriləcək mərasimə qatılacaq.

Putinin xarici siyasət müşaviri Yuri Ushakov oktyabrın 16-da deyib ki, prezident Parisə noyabrın 11-də yola düşəcək və Yelisey çölündə keçiriləcək mərasimdə iştirak edəcək.

Bu mərasimdə ABŞ prezidenti Donald Trump da daxil başqa dövlətlərin başçıları da iştirak edəcəklər.

Rusiya və ABŞ prezidentlərinin həmin tədbir əsnasında görüşmək ehtimalı barədə suala cavab verən Ushakov mümkün görüşün müzakirə olunmadığını deyib.

O deyib ki, Putin Fransa prezidenti Emmanuel Macron tərəfindən verilən işçi səhər yeməyinə qatılacaq və daha sonra Parisdəki Rusiya əsgərləri abidəsinə əklil qoyacaq.

Ushakov bunu da təsdiq edib ki, ABŞ milli təhlükəsizlik müşaviri John Bolton Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolai Patrushev-lə danışıqlar aparmaq üçün gələn həftənin əvvəllərində Moskvaya gələcək.

Moskva və Qərb arasında münasibətlər Rusiya 2014-cü ildə Krımı ilhaq edəndən bəri korlanıb.

Bundan sonra Rusiya ABŞ və Avropadakı seçkilərə müdaxilədə ittiham olunub.

Bu ilin martında İngiltərədə keçmiş rusiyalı agentin zəhərlənməsi ilə bağlı Moskva üzərinə yeni sanksiyalar qoyulub.

Trump və Putin arasında ötən iyulda Helsinkidə keçirilən görüş münasibətlərin yaxşılaşmasında dönüş ola bilməyib.

Bolton Patrushev-lə ötən avqustda Cenevrədə görüşmüş və həmkarına xəbərdarlıq etmişdi ki, ABŞ “qarşıdan gələn Konqres seçkisinə hər hansı müdaxiləyə dözməyəcək”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG