Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 15:46

Putin Mərkəzi Afrika Respublikasındakı səfiri vəzifəsindən azad etdi


Mərkəzi Afrika Respublikasındakı Rusiya muzdluları

Rusiya prezidenti Vladimir Putin Moskvanın Mərkəzi Afrika Respublikasındakı (MAR) elçisini vəzifəsindən azad edib.

Rusiyanın üç jurnalisti ötən iyul ayında məhz bu ölkədə müəmmalı şəraitdə qətlə yetirilmişdi. Putin özünün 15 yanvar tarixli sərəncamı ilə Sergei Lobanovu səfir vəzifəsindən azad edir. Eyni sərəncamla Vladimir Titorenko Rusiyanın MAR-dakı yeni səfiri təyin olunur.

Titorenko bundan əvvəl Rusiyanın İraq, Əlcəzair və Qətərdəki səfiri olub.

MAR-da qətl olunmuş jurnalistlər - Orxan Camal, Kirill Radchenko və Aleksandr Rastorguyev-in portretləri
MAR-da qətl olunmuş jurnalistlər - Orxan Camal, Kirill Radchenko və Aleksandr Rastorguyev-in portretləri

Jurnalistlər Orxan Camal, Aleksandr Rastorguyev və Kirill Radchenko 2018-ci il iyulun 30-da MAR-da Rusiyanın Vagner özəl muzdlu şirkətinin fəaliyyəti barədə filmi çəkərkən güllələnmişdilər.

Bu filmin çəkilişini keçmiş Rusiya oliqarxı və müxalifətçi Mikhail Khodorkovsky-nin Təhqiqatlara Nəzarət Mərkəzi maliyyələşdirirdi.

Yanvarın 10-da Londonda keçirilən mətbuat konfransında Khodorkovsky-nin Dosye layihəsi jurnalistlərin qətli barədə müstəqil təhqiqatın nəticələrini elan etmişdi.

Bu təhqiqatın nəticələrində iddia olunurdu ki, jurnalistlərin qətlində Putinə yaxınlığı ilə tanınan rusiyalı oliqarx Yevgeny Prigozhin-in Vagner firmasından olan muzdluların əli olub.

Dosye qrupu BMT-ni jurnalistlərin qətlinin müstəqil beynəlxalq təhqiqatına çağırıb.

Rəsmi Moskva bildirir ki, jurnalistləri MAR-da qarət etmək istəyən quldurlar qətlə yetiriblər. MAR hökumətinin məlumatına görə jurnalistləri öldürənlərin başlarında əmmamə olub və onlar ərəbcə danışırmışlar.

XS
SM
MD
LG