Keçid linkləri

Təcili xəbərlər
2019, 21 Mart, Cümə axşamı, Bakı vaxtı 08:21

Orxan Camal və yoldaşlarının qətli barədə özəl təhqiqatın nəticələri açıqlanıb


Keçmiş oliqarx və Rusiya müxalifətinin fəalı Mikhail Khodorkovsky üçün işləyən özəl təhqiqatçılar BMT-ni, üç rusiyalı jurnalistin 2018-ci ilin iyulunda Mərkəzi Afrika Respublikasında (MAR) törədilmiş qətlinin ciddi araşdırılmasına nail olmağa çağırıblar.

Yanvarın 10-da Londonda keçirilən mətbuat konfransında Khodorkovsky-nin Dosye layihəsindən olan təhqiqatçılar deyiblər ki, ilkin araşdırma bu qətllərlə Kremlə yaxın maqnat Yevgeny Prigozhin-ə bağlı muzdluların əlaqəli olduğunu göstərib.Onların dediyinə görə MAR-ın hüquq-mühafizə orqanlarının da bu hadisədə barmağı ola bilər.

Jurnalistlər Orxan Camal, Aleksandr Rastorguyev və Kirill Radchenko 2018-ci il, iyulun 30-da MAR-da Rusiyanın Vagner muzdlular firmasının fəaliyyəti barədə film çəkərkən müəmmalı şəraitdə güllələniblər.

Khodorkovsky eyni zamanda bu üç jurnalisti MAR-a göndərmiş Təhqiqatlara Nəzarət Mərkəzini maliyyələşdirirdi. Həmin qətllərdən sonra bu layihə dayandırılıb.

Putinin "şəxsi aşpazı" kimi tanınan Prigozhin
Putinin "şəxsi aşpazı" kimi tanınan Prigozhin

Rusiyanın xarici İşlər Nazirliyi və MAR hökuməti bildiriblər ki, jurnalistlər qarət cəhdinə müqavimət göstərəkən öldürülüblər. MAR rəsmilərinin sözlərinə görə, qətli törədənlərin başlarında əmmamələr olub və onlar öz aralarında ərəbcə danışırmışlar. MAR-ın apardığı rəsmi təhqiqat açıq qalır.

Dosye təhqiqatçıları bildirirlər ki, apardıqları araşdırma onları jurnalistlərin qətli və bu barədə hər hansı təhqiqatın dolaşdırılması üçün əvvəlcədən yaxşı hazırlanmış geniş plan olduğuna inandırıb.

Dosye təhqiqatçılarından Yekaterina Kretova deyib ki, “sübutların cinayətin rəsmi versiyası ilə ziddiyyət təşkil etməsi və bu hadisə ilə Vagner muzdlularının əlaqəsini göstərən dəlillərin olması, habelə müstəqil təhqiqata törədilən əngəllər bizi BMT-nin dəstəyi üçün müraciət etməyə sövq edir”.

Kretovanın sözlərinə görə BMT bu iş üzrə ciddi təhqiqatın aparılması üçün MAR və Rusiya hökumətləri üzərinə təzyiq göstərməlidir.

Dosye təhqiqatçıları həmin vaxt MAR-ın Sibu şəhərindəki postda keşik çəkən iki hərbçisinə istinadən bildiriblər ki, jurnalistlərin avtomobilindən 20 dəqiqə sonra həmin postdan içərisində üç qafqazlı və iki afrikalı olan maşın keçib.

Emmanuel Touaguende Kotofio

Afrikalı əsgərlərdən birinin sözlərinə görə həmin avtomobildə polis zabiti kimi tanıdıqları Emmanuel Touaguende Kotofio da olub. Araşdırmaçılar bu şəxsin Prigozhin-in adamları ilə daimi əlaqədə olduğunu aşkar ediblər.

Təhqiqatçıların fikrincə "Kotofio jurnalistlərin izlənməsini təşkil və icra edib və qətl zamanı ən azı orada olub”.

Dosye təhqiqatçılarının təqdim etdikləri mobil-telefon danışıqlarının siyahısına görə Kotofio iyul və avqust aylarında Aleksandr Sotov adlı şəxslə 98 dəfə telefon əlaqəsində olub. Bu şəxsin Prigozhin-in M-Invest firmasına bağlı M-Finans şirkətində təhlükəsizlik təlimatçısı olduğu iddia edilir.

Dosyenin apardığı təhqiqata görə Sotov öz növbəsində həmin vaxt ərzində keçmiş peterburqlu polis zabiti Valery Zakharov-la 100 dəfə telefonla danışıb. Bu şəxsin isə Vagner firmasına bağlılığı iddia olunur. Dosyenin təqdim etdiyi sənəddə Zakharov-un “MAR prezidentinin təhlükəsizlik müşaviri” olduğu göstərilir.

Dosye təhqiqatçları deyilər ki, onlar Sotov-un Prigozhin tərəfindən nazərət olunan Vagner muzdlu qrupu üçün işlədiyini aşkar ediblər.

Müəmmalı Martin

Təhqiqatçılar habelə jurnalistlərin yerli bələdçisi olan “Martın” adlı müəmmalı şəxsi axtarıblar. O jurnalistlərlə işləyirdi və onlar üçün sürücünü də o tapmışdı. Jurnalistlərin qətlə yetirildiyi insidentdən sürücü sağ çıxıb.

Martin deyilən bu şəxsi Orxan Camal və yoldaşlarına Prigozhin tərəfindən maliyyələşdirilən FAN news agentliyinin jurnalisti Kirill Romanovsky tövsiyə etmişdi. Romanovsky jurnalistlərə demişdi ki, Martinlə telefon zəngi ilə yox, yalnız WhatsApp mesajları ilə əlaqə saxlasınlar.

Dosye təhqiqatçıları Martin adlı şəxsi aşkar edə bilməyiblər və belə bir adamın ümumiyyətlə mövcud olub-olmaması bəlli deyil.

ABŞ Prigozhin və onun üç şirkəti - Concord Management, Concord Catering və İnternet Araşdırmaları Agentliyinə qarşı 2018-ci ilin oktyabrında rəsmi ittiham irəli sürüb. Onlar ABŞ-ın siyasi proseslərinə, habelə 2016-cı il ABŞ prezident seçkisinə təsir göstərmək məqsədli əməliyyatları maliyyələşdirməkdə və təşkil etməkdə ittiham olunurlar.

Prigozhin-in adı habelə 2014-cü ildə Krımın ilhaqı ilə bağlı ABŞ-ın sanksiyalar siyahısına daxil edilib.

Rusiya qanunları hərbi muzdluları qadağan etsə də, Vagner qrupu Ukrayna və Suriyadakı hərbi əməliyyatlarda iştirak edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG