Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:44

Putin Lukashenka ilə ‘daha dərin inteqrasiyanı’ müzakirə edib


Vladimir Putin (sağda) və Alyaksandr Lukashenka iyulunn 18-də görüşüblər
Vladimir Putin (sağda) və Alyaksandr Lukashenka iyulunn 18-də görüşüblər

İyulun 18-də Sankt Peterburq şəhərində Rusiya prezidenti Vladimir Putin özünün belarus həmkarı Alyaksandr Lukashenka ilə iki ölkənin vahid ittifaq dövlətində inteqrasiyasının gücləndirilməsi məsələlərini müzakirə edib.

Rusiya və Belarus arasında yaradılmış ittifaq dövləti əsas etibarillə kağız üzərində mövcuddur.

Son aylarda Putin və Lukashenka inteqrasiyaya dair bir neçə dövrədə danışıqlar aparıblar, lakin bu görüşlərdə Belarus lideri bir qayda olaraq bu partnyorluğun bərabərhüquqlu olmasının zəruriliyini vurğulayıb.

İndiki danışıqların əvvəlində Putin deyib ki, Belarus Rusiyanın “ən yaxın partnyorudur” və o “Moskva və Minsk arasında inteqrasiyanın” güclənəcəyinə, iki partnyor arasında “zaman-zaman yaranan” problemlərə üstün gəlinəcəyinə ümid edir.

Lukashenka deyib ki, iki ölkə, aralarında həll olunmamış qalan bütün məsələləri dekabrın 8-də ittifaq dövlətinin yaradılmasının 20-ci ildönümədək həll etməlidirlər.

Belarus lideri danışıqlardan sonra deyib ki, o və Putin Belarusa satılan qazın qiyməti də daxil “iki ölkənin inteqrasiyasına əngəl törədən bir neçə məsələ barədə razılığa gəliblər”.

Bu danışıqlardan bir həftə əvvəl Belarus bəyan etmişdi ki, Rusiyaya olan borclarının ödənilməsi üçün Çindən 600 milyon dollar kredit alacaq.

Rusiya hələ də Belarusun ən böyük borcverənidir və Minskin Moskvaya nəhəng məbləğlərdə borcu yığılıb.

Belarus iqtisadiyyatı zəif inkişaf edib və onun xarici borcu 3, 4 milyard dollara çatıb.

Ötən apreldə Rusiyanın maliyyə naziri Anton Siluanov demişdi ki, Moskva Belarusa kredit verməyə hazırdır. Lakin bunun ardınca Kremlin sözçüsü Dmitry Peskov bəyan etmişdi ki, Minskin ötən fevralda etdiyi kredit ricasına hələ baxılmayıb.

İyun ayında isə Siluanov bildirmişdi ki, Moskva Minskə yalnız iki ölkə arasında inteqrasiya gücləndikdən sonra kredit verə bilər.

Mart ayında Lukashenka müxbirlərə demişdi ki, inteqrasiyaya keçməzdən əvvəl iki ölkə arasında problemlər həll olunmalıdır.

O əlavə etmişdi ki, “Rusiya rəhbərliyi, xüsusilə də hökuməti bu istiqamətdə getməyə hazır deyil”.

Özünün başqa bəyanatlarında Belarus prezidenti Moskvanı açıq şəkildə Belarus mallarının Rusiyaya idxalına mane olmaqda ittiham etmiş, aprel ayında isə Rusiyadan Avropaya neftin nəqlini dayandırmışdı.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG